Valyuta.com

Professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd edildi

Professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd edildi

Azərbaycan Tibb Universitetində (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd olunub.
ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev professor Vaqif Şadlinskini yubiley ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə təbrik edib, onun keçdiyi həyat yolundan danışıb.
Professor Mübariz Allahverdiyev yubilyarın elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məruzə edib. O, əmək fəaliyyətinə Stomatologiya kafedrasında baş laborant kimi başlayan və sonralar indi rəhbərlik etdiyi kafedraya keçən professor Vaqif Şadlinskinin rəhbərliyi altında 9 elmlər doktoru, 29 nəfər tibb üzrə fəlsəfə doktoru hazırlandığını qeyd edib. Əməkdar elm xadimi Vaqif Şadlinskinin rəhbərlik etdiyi İnsan anatomiyası və tibbi terminologiya kafedrası ATU-da ən çox elmlər doktoru olan kafedralardan biridir.
Professor M.Allahverdiyev vurğulayıb ki, görkəmli alim 600-ə yaxın elmi əsərin, o cümlədən 15 monoqrafiya, 32 dərslik, 45 dərs vəsaiti və tədris-metodik tövsiyənin, 2 səmərələşdirici təklifin, kitab və rəhbərliklərin, onlarla elmi-kütləvi məqalənin müəllifidir. Onun Azərbaycan, rus və latın dillərində qələmə aldığı “Anatomiya Atlası” kitabı Şərq ölkələri tarixində ilk anatomik atlasdır. O həmçinin müasir dövr üçün latınca, Azərbaycanca, rusca, ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabının, həmmüəlliflərlə birlikdə Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi orijinal dərsliklərin, Rezidentlər üçün Azərbaycan və rus dillərində hazırlanan ilk rəhbərliyin və kafedraya şöhrət gətirən digər qiymətli kitabların müəllifidir. Rus dilində yazılan sonuncu kitaba Moskva alimləri geniş rəy verib, onun məziyyətlərini yüksək dəyərləndiriblər.
Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri Əvəz Ələkbərov, professorlar Rafiq Əsgərov, Elçin İsgəndərzadə və başqaları çıxış edərək, yubilyarı təbrik edib, onun elmə, tibbə, konkret olaraq anatomiyaya bağlı olan həyat yolundan epizodlar danışıblar, 50 ildən artıq elmi fəaliyyətini çox yüksək dəyərləndiriblər. Qeyd olunub ki, professor V.Şadlinskinin indiyədək 600-ə yaxın elmi məqaləsi dərc olunub, o, müxtəlif Avropa ölkələrinin orden və medallarına layiq görülüb.
Fəxrəddin Əliyev yubilyara həsr etdiyi şeiri oxuyub. Professor Nəriman Mövsümov Vaqif Şadlinskinin ünvanına ölkəmizdən və xaricdən göndərilən təbrik məktublarını və teleqramları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Toplantıda çıxış edən professor Vaqif Şadlinski onu təbrik etməyə gələn həmkarlarına, dostlarına və tələbələrinə təşəkkür edərək deyib: “İlk dəfə 1970-ci il sentyabrın 1-də müəllim kimi auditoriyaya girmişəm. O vaxtdan sonra çox adamlar qolumdan tutub, himayədarlıq edib. Mənim elmi fəaliyyətimə həmişə böyük qayğı göstərən və dəstək verən mərhum və unudulmaz müəllimim professor Kamil Balakişiyevə, eləcə də həyatımın müxtəlif mərhələlərində mənə kömək əli uzadan hər kəsə təşəkkür edirəm. Ən böyük minnətdarlığım isə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən və dünən məni “Şöhrət” ordeni ilə təltif edən Prezident İlham Əliyevədir. Bu, indiyə qədər mənim layiq görüldüyüm ən yüksək ordendir. Əməyə layiqli qiymət veriləndə insan ruhlanır”.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova