Valyuta.com

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 123-cü illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edən İnstitutun rektoru, professor Nazim Qasımov professor Əziz Əliyevin tibb elmi və səhiyyə sahəsindəki xidmətlərindən danışıb. Qeyd olunub ki, onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdiyi dövrdə institut öz fəaliyyətini genişləndirərək, təkcə keçmiş ittifaq respublikalarında deyil, Monqolustan və Bolqarıstan həkimlərinin hazırlanmasında da iştirak edib. Həmin dövrdə yeni-yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşıb, onun redaktorluğu altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunub, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilib və ixtisas dərəcələri yüksəldilib. İnstitutun kadr bazasında yüksəkixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirılib. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olunublar. Həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilib. Əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilən ADHTİ-nin əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi ilə elmlə praktikanın vəhdəti yaradılıb.
Tədbirdə bildirilib ki, professor Əziz Əliyevin kəskin nefritin patogenezində allergik nəzəriyyənin əsaslandırılması, xəstəliyin müalicəsində spesifik və qeyri-spesifik terapiya mövzusundakı elmi əsəri SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. O, 87 elmi əsərin müəllifi olub, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə,17-si isə tarixi və siyasi problemlərə aiddir.
Konfrans öz işini institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirib. ADHTİ-nin Mamalıq və ginekologiya, Terapiya, Otorinolarinqologiya, Nefrologiya kafedralarından və Elmi Tədqiqat Pediatriya İnstitutundan Firuzə Eminova, Günay Aslan, Fidan Şirinova, Mirhaşım Calalov, Vidadi Kəbirli, Elvira Sərdarova və Təranə Cəfərovanın məruzələri dinlənilib, diskussiyalar aparılıb.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova