Valyuta.com

Səhiyyə Nazirliyi koronavirusa qarşı profilaktik tədbirlər görür

Səhiyyə Nazirliyi koronavirusa qarşı profilaktik tədbirlər görür

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.
Sənəddə qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. 2020-ci ilin yanvar ayında Çində alovlanan bu xəstəlik hazırda Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılmaqdadır.
Əmr ölkəmizdə yoluxucu xəstəliklərə qarşı əks-epidemik tədbirlərin gücləndirilməsi, artıq qonşu ölkələrdə qeydə alınan koronavirus xəstəliyinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır.
Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi, dezinfeksiya tədbirlərinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunması barədə müvafiq tapşırıqlar verilib.
Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.
Eyni zamanda, sənəddə qeyd olunur ki, xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyəti nəzərdə tutulur.
Səhiyyə Nazirliyinin epidemiologiya üzrə baş mütəxəssisi, professor İbadulla Ağayev bir sıra ölkələrdə 2019-nCoV koronavirusunun yayılması ilə bağlı bildirib ki, ölkəmizin səhiyyə sistemi hər hansı yoluxucu xəstəliklə mübarizə aparmaq iqtidarındadır. Onun verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Çində aşkarlanan koronavirusla əlaqədar hazırladığı profilaktik tədbirlər çərçivəsində Ağciyər Xəstəlikləri İnstitutu, Yoluxucu Xəstəliklər Xəstəxanası, ayrı-ayrı stasionar tibb ocaqları bu məqsədlər üçün ayrılıb və xəstəlik aşkar edilərsə, xəstələnənlərin müalicə olunması üçün həmin müəssisələrdə bütün lazımi dərman vasitələri var.
Əhalinin məlumatlandırılmasının vacibliyindən danışan baş epidemioloq onu da deyib ki, insanlar özlərini qorumalı, xəstə halda iş yerinə və kütləvi yerlərə getməməli, maskadan istifadə etməlidirlər. Çinə getməyə hazırlaşan vətəndaşlara səfərlərini təxirə salmaları tövsiyə olunur. Çindən gələn insanlarda hansısa xəstəlik əlaməti şübhə doğurarsa, onlar mütləq nəzarətə götürüləcəklər. Laboratoriya müayinələri nəticəsində xəstəliyə yoluxma faktı təsdiq olunsa, onların müalicəsi müasir şəraitdə və həkim nəzarəti altında aparılacaq.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə vurgulayıb ki, bu günədək Azərbaycanda 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb. O qeyd edib ki, əgər belə hal aşkar olunsa, Bakıda bu məqsədlə nəzərdə tutulan tibb müəssisələrində, həmçinin mərkəzi rayon xəstəxanalarında lazımi şərait yaradılıb. Xüsusi palatalar ayrılıb. Gərək olan bütün dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub.шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova