Valyuta.com

Uşaqların sağlamlığı, təhsili və sosial inkişafı üzrə kurs keçirilib

Uşaqların sağlamlığı, təhsili və sosial inkişafı üzrə kurs keçirilib

Bakıda Azərbaycana birgə Yardım Təşkilatı (UAFA) və ABŞ Vaşinqton Corctaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin birgə təşəbbüsü əsasında təşkil olunan CHED kurslarının (uşaqlıq dövründə sağlamlıq, təhsil və sosial inkişaf üzrə baza kursu) ilk təlimi keçirilib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, məqsəd uşaq inkişafı sahəsində işləyən mütəxəssislər üçün beynəlxalq akkreditasiyalı kurslar təşkil edən bir qurumun – uşaqların sağlamlığı, təhsili və sosial inkişafı sahəsində akademik mərkəzin yaradılmasıdır.
Təlim başa çatandan sonra iştirakçılar test imtahanı verərək, 45 saatlıq praktiki monitorinqdə iştirak ediblər. Monitorinq prosesi hər bir iştirakçının kurs müddətində əldə etdiyi bilikləri təcrübədə uğurla tətbiq etməsi məqsədi daşıyıb.
Ölkəmizdəki ABŞ səfirliyinin dəstəyi ilə təşkil olunmuş kursun yekun tədbirində ABS-ın Corctaun Universitetinin Uşaq və İnsan İnkişafı Mərkəzinin direktoru, Pediatriya fakültəsinin professoru Tobi Lonq iştirakçılar arasında testdən və virtual (online) qiymətləndirmədən uğurla keçənlərə sertifikatlar təqdim edib.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova