Valyuta.com

Kəngərli rayonunda yeni həkim ambulatoriyası istifadəyə verilib

Kəngərli rayonunda yeni həkim ambulatoriyası istifadəyə verilib

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən davamlı sosial inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərir. Naxçıvanın şəhər və kəndlərində sosial obyektlər, o cümlədən tibb müəssisələri tikilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində belə səhiyyə ocaqlarından biri – Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada tibbi xidmətin təşkili ilə maraqlanıb.
Bildirilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 9 xidməti otaq, o cümlədən stomatoloq, doğuş, manipulyasiya, peyvənd, fizioterapiya kabinetləri, qeydiyyat otağı və aptek vardır. Kabinetlər müvafiq qurğular, aparatlar, tibbi avadanlıqlarla təmin olunub. Fizioterapiya kabinəsi isə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təchiz edilib. Qeydiyyat otağında icbari tibbi sığortanın tətbiqi üçün şərait yaradılıb.
Tibb işçisi Gözəl Babayeva əhalinin sağlamlığının qorunması sahəsində görülən işlərə görə minnətdarlıq edib.
Ali Məclisin Sədri həkim ambulatoriyasında səhiyyə işinin düzgün təşkili və icbari tibbi sığortanın tətbiqi ilə bağlı tapşırıqlar verib.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova