Valyuta.com

ADHTİ ilə Belarus tibb təhsili müəssisəsi arasında əməkdaşlıq davam edəcək

ADHTİ ilə Belarus tibb təhsili müəssisəsi arasında əməkdaşlıq davam edəcək

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Belarus Diplomdansonrakı Təhsil Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə Belarus Diplomdansonrakı Təhsil Akademiyasının prorektoru A.Platonov və dekanı Y.Vorobyova, Belarus Respublikası Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi Dövlət Müəssisəsinin direktoru, professor M.Gerasimenko da daxil idi.
Görüşdə ADHTİ-nin rektoru, professor Nazim Qasımov çıxış edərək, müəssisələr arasında get-gedə genişlənən əlaqələrdən danışıb və bu sahədə böyük potensialın olduğunu qeyd edib. Belaruslu qonaqlar əlaqələrin genişlənməsində böyük maraqları olduğunu diqqətə çatdırıblar.
Tədbirdə ADHTİ ilə Belarus Diplomdansonrakı Təhsil Akademiyası arasında qarşılıqlı əlaqələr haqqında bağlanmış memorandumun müddəti daha 3 il artırılaraq 2022-ci ilə qədər uzadılıb. Eyni zamanda, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Belarus Respublikası Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi Dövlət Müəssisəsi arasında da əməkdaşlıq haqqında saziş bağlanıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova