Valyuta.com

Respublika Müalicə Diaqnostika Mərkəzində beynəlxalq ginekoloji konfrans

Respublika Müalicə Diaqnostika Mərkəzində beynəlxalq ginekoloji konfrans

Respublika Müalicə Diaqnostika Mərkəzində “Ginekologiyada təkmilləşmiş endoskopik cərrahiyyə: effektiv olmağın və fəsadların qarşısını almağın yolları” mövzusunda beynəlxalq tibbi konfrans keçirilib.
İki günlük tədbirdə xarici ölkələrdən dəvət olunmuş professorlar Revaz Botçorişvili və Laura Kapuşeva müxtəlif mövzularda mühazirələr oxuyub, müxtəlif növ laparoskopik və histeroskopik əməliyyatlar həyata keçiriblər.
Konfransın ilk günü sırf nəzəri mövzulara həsr olunub. Növbəti gündə üç çoxmərhələli əməliyyat icra edilib. Həmin əməliyyatlar canlı şəkildə konfrans iştirakçılarına nümayiş olunub. Bir neçə saat davam edən canlı əməliyyatlar uğurla başa çatdırılıb.
Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzi gələn il də xarici mütəxəssislərin iştirakı ilə konfrans və ustad dərsləri keçirməyi nəzərdə tutub.шаблоны для dle 11.2





İyun

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova