Valyuta.com

Azərbaycanlı cərrahın əməliyyatı təlim videosu kimi yayımlanacaq

Azərbaycanlı cərrahın əməliyyatı təlim videosu kimi yayımlanacaq

Fransada laparoskopik təlim mərkəzi olan IRCAD hər il minlərlə cərraha WeBSurg virtual universitet vasitəsilə cərrahi təhsil almağa imkan verir. Həmin tədris prosesində beynəlxalq standartlara uyğun olan əməliyyat videoları istifadə olunur.
Respublika Müalicə Diaqnostika Mərkəzinin həkim-cərrahı İlqar İsmayılovun düz bağırsaq xərçəngi üzərində icra etdiyi laparoskopik əməliyyat təlim videosu kimi dünyanın 400 mindən çox cərrahına tədris olunacaq.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, bu, cərrahın WeBSurg-də yayımlanan sayca ikinci videosudur. Qeyd edək ki, bir neçə il əvvəl onun icra etdiyi laparoskopik bağırsaq əməliyyatı postsovet məkanında ilk dəfə olaraq IRCAD-ın təhsil proqramına daxil edilmışdi və WeBSurg həmin əməliyyatın videosunu yayımlamışdı.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova