Valyuta.com

Kiyevdə beynəlxalq konfransda Azərbaycan əczaçılarının yaxşı işi qeyd olunub

Kiyevdə beynəlxalq konfransda Azərbaycan əczaçılarının yaxşı işi qeyd olunub

Azərbaycan MDB ölkələri arasında “OneFlow” beynəlxalq proqram təminatından istifadə edən ilk ölkələrdəndir. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq dərman monitorinqi proqramının tələbinə uyğun olaraq göndərilən fərdi hadisə barədə təhlükəsizlik hesabatlarının sayına görə Azərbaycan MDB ölkələri arasında birinci yerdə durur.
Bunu Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən "Dərman vasitələrinin təhlükəsizliyi və qanuni tənzimlənməsi: ixtirasından tibbi istifadəsinə qədər" mövzusunda beşinci elmi-praktiki konfransda ÜST-nin Uppsala Monitorinq Mərkəzinin əməkdaşı Nadya Yastrebova özünün “VigiBase-in analizi” mövzusundakı çıxışında xüsusi vurğulayıb.
Tibb elmləri doktoru, professor Oleksey Viktorovun xatirəsinə həsr olunmuş kontrans Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Tibb Elmləri Milli Akademiyasının və Ukrayna Səhiyyə Nazirliyinin Dövlət Ekspertiza Mərkəzinin təşkilatçılığı, müvafiq beynəlxalq təşkilatların iştirakı ilə keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, tədbirdə dərman vasitələrinin kliniki sınaqlarında və qeydiyyatdan sonrakı dövrdə, elektron məlumatların istifadəsi də daxil olmaqla, klinik məlumatların idarə edilməsi zamanı dərmanların təkmilləşdirilməsi, risk və siqnal idarəetmə sistemlərinin problemləri, dərman vasitəsinin həyat tsiklində sənədlər toplusuna baxılması, dərman vasitələrinə əlçatanlığın təmin olunmasında formulyar sistemin rolu və zəruri dərman vasitələrinin milli siyahısı müzakirə olunub.
Konfransda ölkəmizi təmsil edən Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Emin Quliyev “Farmakonəzarət sahəsində tərəflər arasında kommunikasiyanı necə təkmilləşdirmək olar” mövzusunda məruzə ilə çıxış edib.
Toplantının sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova