Valyuta.com

Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində tədbirlər görülür

Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində tədbirlər görülür

Azərbaycanda infeksiyalara qarşı ciddi mübarizə aparılır. Ölkəmizdə 11 infeksiyaya qarşı uşaqların vaksinasiyası həyata keçirilir. Qızılca da onlardan biridir. Azərbaycanda qızılcanın eliminasiyası istiqamətində tədbirlər görülür.
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu sözləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.
E.Ağayev ölkəmizdə malyariyanın olmadığını və aparılan mübarizənin bəhrəsini verdiyini də diqqətə çatdırıb.
O həmçinin deyib: “Səhiyyə müəssisələrinin publik hüquqi şəxs statusu alması ilə bağlı ciddi işlər görülür. Bakıda və ölkəmizin regionlarında tibb müəssisələrinin 60 faizə qədəri publik hüquqi şəxsə çevrilib və bu proses davam etdirilir".
Nazir müavini dövlət doğum evlərində valideynlərə süni uşaq qidalarının məcburi satılması barədə məlumatlara da münasibət bildirib: “Nazirlik olaraq apardığımız siyasətin bir istiqamətini körpələrin ana südü ilə qidalandırılmasına üstünlük verilməsi təşkil edir. Təəssüf ki, bəzi şirkətlər süni uşaq qidalarının satışı və təbliğatını düzgün aparmırlar. Körpələrin ana südü ilə qidalandırılması geniş təbliğ olunsa da, bu sahədə vəziyyət hələ də tam arzu olunan kimi deyil. İctimaiyyət və mətbuat nümayəndələri də bu işdə aktiv olmalıdır”.
Nazir müavini Azərbaycana idxal olunan dərmanların qeydiyyatının və gömrük prosedurunun sadələşdirilməsi məsələsinə də toxunub. O bildirib ki, bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi ilə yanaşı, Dövlət Gömrük Komitəsi də bu məsələlərin həyata keçirilməsində aktiv iştirak edir.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova