Valyuta.com

Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres

Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres

Azərbaycan paytaxtında Neonatologiya üzrə II Bakı Beynəlxalq Konqresi keçirilib. Tədbirdə Azərbaycan həkimləri ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxıstan, İran, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrin aparıcı alimləri və mütəxəssisləri olmaqla, ümumilikdə 200 nəfər iştirak edib.
Toplantının açılışında Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulanların reanimasiyası şöbəsinin müdiri Rüstəm Hüseynov qeyd edib ki, üçgünlük Neonatologiya Konqresinin əsas məqsədi tibb sahəsində, xüsusilə də neonatologiya profili üzrə müasir aktual problemlərin birlikdə həlli istiqamətində bilik və bacarıqları səfərbər etməkdən ibarətdir. Baş neonatoloq beynəlxalq konqres çərçivəsində keçirilən treninqlərin yenidoğulmuşlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə bacarıqları və biliklərinin artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Öz çıxışlarında Ankara Universitetinin Tibb fakültəsinin professoru Ömer Erdeve, ABŞ-ın Vanderbilt Universitetinin Neonatologiya şöbəsinin dosenti Skot Qutri neonatologiyada müasir yanaşma prinsiplərindən danışıblar, təcrübi vərdişlər üzərində izahlar veriblər.
Konqres neonatologiya sahəsində çalışan aparıcı mütəxəssislərin əldə etdiyi son nailiyyətlərə, qarşıda duran aktual problemlərin həllinə yönəlmiş çıxışları və praktik vərdişlərin nümayişi formatında keçirilib. Tanınmış alimlərin 20-yə yaxın mühazirələri dinlənib, ekspert müzakirələr aparılıb.
Konqres çərçivəsində 2 gün ərzində beynəlxalq təlim kursu, elmin yeni nailiyyətlərinə həsr olunmuş nəzəri və praktik məşğələlər də keçirilib.
ABŞ-ın Vanderbilt Universitetinin Neonatologiya şöbəsinin dosenti Skot Qutri ölkəmizin müxtəlif bölgələrindən gələn həkimlərə neonatologiyada müasir yanaşma prinsiplərindən danışıb, praktik məsləhətlər verib. Təlimlər çərçivəsində elmi məqalələrin yazılması, klinik tədqiqatların təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılıb.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova