Valyuta.com

İlk onkologiya terminləri lüğəti hazırlanıb

İlk onkologiya terminləri lüğəti hazırlanıb

“Elm” nəşriyyatında akademik Əhliman Əmiraslanovun və Şirvan Abdullayevin birgə tərtib etdikləri “Onkologiya terminləri lüğəti” çapdan çıxıb. Azərbaycan tibb elminə qiymətli töhfə olan bu elmi mənbə müasir onkologiyaya dair terminləri 5 dildə – Azərbaycan, rus, latın, ingilis və fransız dillərində mütəxəssislərə təqdim edir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə nəşr olunan, ölkəmizdə ilk dəfə işıq üzü görən bu irihəcmli lüğətin elmi redaktoru akademik Cəmil Əliyevdir.
“Onkologiya terminləri lüğəti”nin tərtibatında akademik Ə.Əmiraslanovun rəhbərliyi altında ATU-nun Onkoloji Klinikasında aparılan elmi-tədqiqat işləri, eləcə də onkologiyanın tədrisi sahəsində toplanan böyük elmi-pedaqoji təcrübə həlledici rol oynayıb. Kitabın I fəsli rusca-latınca-azərbaycanca, II fəsli rusca-ingiliscə-azərbaycanca, III fəsli rusca-fransızca-azərbaycanca terminləri əhatə edir. Kitaba daxil edilmiş 4 əlavə bölmədə verilən məlumatlar, o cümlədən onkologiyada işlənilən şərti ixtisarlar, müəllif adları ilə bağlı termin və sözlər (eponimlər) nəzəri və praktik onkologiya ilə məşğul olan mütəxəssislər üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, lüğət müəlliflərinin nömrələdiyi şərti ixtisarlar (qısaldılmış sözlər) istənilən termini və sözü asanlıqla Azərbaycan dilindən rus dilinə və ya əksinə çevirməyə imkan yaradır.
Lüğətdə nəzəri və klinik onkoloji terminlərlə yanaşı, onkoloji xidmətin təşkilinə dair sözlər də yer alıb. Kitaba müasir terminlərlə yanaşı, köhnəlmiş, lakin tarixi əhəmiyyət kəsb edən ifadələr də daxil edilib. Məqsəd tələbələri və gənc həkimləri hazırda işlənməsi məsləhət görülməyən həmin terminlərdən xəbərdar etməkdir. Tibdə rast gəlinən mübahisəli terminlərlə əlaqədar müəlliflər Ümumdünya Səhiyyə Təşkilatının “Xəstəliklərin Beynəlxalq Statistik Təsnifatı”na (10-cu baxış) istinad ediblər.
Çox dəyərli elmi mənbə olan bu lüğətdə rus dilindəki terminlərin azərbaycanca qarşılığı ilə yanaşı, latınca tərcüməsi, sinonimləri, qısa izahı, zərurət yarandıqda geniş şərhi də verilib. Müasir standartlara uyğun hazırlanmış “Onkologiya terminləri lüğəti” tələbələr, həkim-onkoloqlar, həkim-rezidentlər, elmi işçilər üçün qiymətli vəsait, etibarlı elmi mənbədir.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova