Valyuta.com

Rezidentlərin konfransında müxtəlif mövzularda təqdimatlar edilib

Rezidentlərin konfransında müxtəlif mövzularda təqdimatlar edilib

Respublika Müalicə Diaqnostika Mərkəzində (RMDM) rezidentlərin konfransı keçirilib.
RMDM-in baş həkimi Könül Xəlilova bildirib ki, tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması olan rezidenturada təhsil alanlar üçün klinikada geniş imkanlar yaradılıb və rezidentlər burada yüksək ixtisaslı həkimlərdən həm nəzəri biliklər, həm də təcrübə əldə edir, gələcəyin peşəkar həkimləri kimi yetişmək üçün ilk addımlarını atırlar.
“Açıq oval dəlik. Kriptogen insult”, “Renal transplantasiya xəstələrində əməliyyatsonrası ağciyər patologiyalarının radioloji dəyərləndirilməsi”, “Koxlear implantasiyalarda preoperativ radioloji dəyərləndirmədə rast gəlinən patologiyalar”, “Hiperaldosteronizm – Conn sindromu”, “Lupus ensefalitində radioloji görüntüləmə”, “İnfantil hipertrofik pilor stenozunun USM diaqnostikası”, “Hepatit C virusu: Seroloji və molekulyar diaqnostika”, “Hamiləlik və uşaqlıq artımlarının burulması”, “Kounis sindromu”, “Uşaqlıq boşluğunda yad cisim”, “Anadangəlmə lobar emfizema”, “Serebral vaskulyar malformasiyalar”, “Pediatrik uroloji anomaliyalarda və patologiyalarda radioloji görüntüləmə”, “Fallo tetradanın total korreksiya əməliyyatından sonra rast gəlinən nonkardiak ağırlaşma” və “Travmalı xəstələrdə tibbi strategiya” mövzularında təqdimatlar edilib.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova