Valyuta.com

Səhiyyə Nazirliyi yanında İctimai Şura monitorinq keçirib

Səhiyyə Nazirliyi yanında İctimai Şura monitorinq keçirib

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” və “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində icra olunan tədbirlərin monitorinqi məqsədilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olublar.
Bu barədə bizə İctimai Şuranın sədr müavini, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva məlumat verib. O bildirib ki, monitorinqlə bağlı olaraq İnstitutun məsul şəxsləri ilə görüş keçirilib.
İnstitutun direktoru, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva, Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru Çingiz Əsədov, İnstitutun nəzdindəki Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva, İctimai Şuranın katibi, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Taryel Eyvazov və İctimai Şuranın üzvü, “Azərbaycan Diabet Liqasının” sədri, həkim-endokrinoloq Yeganə Sultanovanın iştirak etdiyi görüşdə qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi, donor qanının transmissiv infeksiyalara yoxlanılması metodlarının təkmilləşdirilməsi, həmçinin qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsi, pasiyentlərin sitostatik və innovasion dərman preparatları ilə təmin edilməsi, onların qan komponentlərinə olan tələbatının ödənilməsi istiqamətində görülən işlər geniş müzakirə mövzusu olub.
Görüşdən sonra İctimai Şura üzvləri Hematologiya və Transfuziologiya İnstitutunun qanın bədxassəli xəstəliklərinin müayinə və diaqnostikası aparılan laboratoriyaları ilə tanış olublar. Qeyd edilib ki, müasir avadanlıq və reaktivlərlə təchiz olunmuş laboratoriyalarda aparılan müayinələrin köməyi ilə xromosom səviyyəsində gedən patoloji dəyişikliklər aşkarlanır və qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası müəyyən edilir. Onkohematoloji xəstəliklərin bir çox növlərinin müalicəsi artıq təkcə kimyaterapiya ilə deyil, elmdə yeni istiqamət olan target, yəni hədəfə molekulyar istiqamətlənmiş preparatlarla aparılır. Hədəf terapiyası isə şiş hüceyrələrinin özündə olan konkret molekullara qarşı yönəldiyinə görə, orqanizmin sağlam hüceyrələrinə daha az təsir edir. Həmçinin bildirilib ki, Hematologiya və Transfuziologiya İnstitutunda qeydiyyata alınmış pasiyentlər dövlət hesabına yüksək keyfiyyətli sitostatik və innovasion dərman preparatları ilə təmin edilirlər. Artıq leykozların diaqnostikası və müalicəsi məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır.
Daha sonra İnstitutun nəzdində yerləşən Mərkəzi Qan Bankında donorlar üçün yaradılan şərait, maddi-texniki baza və donorların qeydiyyatı, müayinəsi, donorluq məlumatlarının və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılmasını təmin edən “Vahid Qan Bankı” sistemi ilə tanışlıq olub.
Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Z.Nəbiyeva bildirib ki, bu ilin sonunadək İctimai Şura tərəfindən monitorinqin nəticələrinə əsasən təklif və tövsiyələr hazırlanıb Səhiyyə Nazirliyinə təqdim olunacaq.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova