Valyuta.com

Respublika Diaqnostika Mərkəzində qadınlarda çanaq nahiyəsi problemləri üzrə təlim kursu keçirilib

Respublika Diaqnostika Mərkəzində qadınlarda çanaq nahiyəsi problemləri üzrə təlim kursu keçirilib

Respublika Müalicə Diaqnostika Mərkəzində Aralıq Dənizi İnkontinesiya və Çanaq Dibi Cəmiyyəti və Histeroskopiya və Minimal invaziv Cərrahiyyə Akademiyası ilə birgə təşkil olunan, “Qadınlarda çanaq dibi disfunksiyasının patogenezi və müalicəsi” mövzusuna həsr edilən təlim kursu keçirilib.
Bu sahə üzrə ixtisaslaşmış əcnəbi professor və uroloqların iştirakı ilə baş tutan kursun ilk günündə qadınlarda geniş yayılan çanaq nahiyəsi problemləri üzrə bir sıra mühüm mövzular müzakirə edilib. Təlimin ikinci günü isə praktiki məşğələlərlə davam edib, iştirakçılara əməliyyat yolu ilə aparılan cərrahi müdaxilələr nümayiş olunub.
Aralıq Dənizi İnkontinesiya və Çanaq Dibi Cəmiyyətinin prezidenti Diaa Rizk, İspaniyadan olan uroloq Karlos Errando, fransalı professor Emmanuel Delorme və Gürcüstandan olan klinika rəhbəri Tengiz Asatiani öz bilik və bacarıqlarını təlimdə iştirak edənlərlə bölüşüblər.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova