Valyuta.com

“Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya”

“Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya”

Respublika Narkoloji Mərkəzi bu mövzuda seminar keçirib

Respublika Narkoloji Mərkəzinin (RNM) təşkilatçılığı ilə “Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya” mövzusunda seminar-treninq keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 22 iyul 2019-cu il tarixli Sərəncamının “Beynəlxalq tədbirlər” bəndində Səhiyyə Nazirliyinin də icraçı olduğu 4.3.3 yarımbəndinin icrasını həyata keçirmək məqsədilə təşkil olunub.
Dövlət qurumları nümayəndələrini, narkoloq, psixiatr və kliniki psixoloqları bir yerə toplayan seminarda həmçinin mərkəz tərəfindən dəvət olunmuş Çexiya Respublikasının Neyropsixiatriya İnstitutunun Kliniki addiktologiya, psixiatriya və əvəzedici müalicə fakültəsinin həkimi Vladimir Kmox iştirak edib.
Tədbirin ilk günü seminarın moderatoru, RNM-in şöbə müdiri Şəlalə Tahirli ümummilli lider Heydər Əliyevin cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq söylədiyi dəyərli kəlamı ilə çıxışına başlayıb: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Bildirilib ki, ulu öndərin bütün sahələr və istiqamətlər üzrə siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti və fəaliyyəti sayəsində Azərbaycan davamlı inkişafdadır. O cümlədən, səhiyyə sistemi də dinamik inkişaf edir. Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin olunması dövlət başçısının daim diqqət və nəzarətindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycanda səhiyyənin tərəqqisinə mühüm töhfələr verir. Ölkə rəhbərliyinin narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanları qarşısında qoyduğu konkret vəzifələr bu ümumbəşəri fəlakətin ölkəmizdə yayılması təhlükəsinə Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir. Dövlət başçısı tərəfindən bu sahə üzrə son 15 ildə 13 fərman, 56 sərəncam imzalanıb, Milli Məclis tərəfindən 38 qanun qəbul edilib, bir neçə dövlət proqramı hazırlanıb.
Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik, Səhiyyə Nazirliyinin Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov tədbiri yüksək qiymətləndirərək, iştirakçılara uğurlar arzulayıblar.
Vladimir Kmox “Metadon terapiyasının tarixi və alınmış uğurlu nəticələr”, “Opioidlərin əvəzedici terapiyası və zərərin azaldılması”, “Əvəzedici terapiyanın növləri” mövzularında təlimlər keçirib.
Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova “Azərbaycanda əvəzedici terapiya proqramı” mövzusunda çıxış edib.
Daha sonra tədbir iştirakçıları Bakı şəhər Narkoloji Dispanserindəki şəraitlə tanış olublar.
Seminarın ikinci günü Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçehri-Lalei tədbirin əhəmiyyətindən, məqsədindən, narkotik vasitələrin insanların sağlamlığına və şəxsiyyətinə, cəmiyyətə və bəşəriyyətə zərərindən söz açıb.
Vladimir Kmox “Opioidlərin əvəzedici terapiyası və zərərin azaldılması prinsipləri”, “Əvəzedici terapiyanın aparılmasında psixiatrın və digər mütəxəssislərin rolu”, “Əvəzedici terapiyanın ağırlaşmaları və onların müalicəsi” mövzularında məruzələrlə çıxış edib.
RNM-in həkim-narkoloqu Sona Xudaverdiyevanın “Narkologiyada zərərin azaldılması proqramları”, RNM-in sosial işçisi Fidan Alışova və psixoloq Nərgiz Bağırovanın “Psixoaktiv maddə istifadəçilərinin sosial-psixoloji reabilitasiyası” mövzularında məruzələri dinlənilib.
Seminarın sonuncu günü Vladimir Kmoxun əvəzedici (metadon) terapiyanı qəbul edən pasiyentlərin reabilitasiyası və motivləşdirilmiş müzakirənin bu reabilitasiyada rolu barədə çıxışları ilə davam edib.
“Penitensiar sistemdə əvəzedici (metadon) terapiyanın tətbiqi” mövzusunda RNM-in həkim-narkoloqu Zamin Əliyev çıxış edib.
Mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. Təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
İştirakçılar həmçinin Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası ilə tanış olublar.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova