Valyuta.com

Böyük Britaniya Baş Nazirinin ticarət elçisinə yubiley medalı təqdim olunub

Böyük Britaniya Baş Nazirinin ticarət elçisinə yubiley medalı təqdim olunub

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub, rəhbər şəxslərlə görüşüb.
Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi, təhsil və tədris prosesi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Universitetin elmi-tədqiqat və tədris sahəsində fəaliyyəti barədə ətraflı danışan rektor Azərbaycan və Böyük Britaniya arasında bir sıra strateji istiqamətlərdə, o cümlədən tibb təhsili sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyindən söz açıb. O, ATU-nun İngiltərədəki təhsil müəssisələri ilə münasibətlərinin yüksəlməsində maraqlı olduğunu bildirib.
Baronessa Emma Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra vacib sahələrdə, o cümlədən səhiyyə sahəsində mövcud əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib. Qeyd edib ki, tibbi təhsil sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi, uğurla inkişafı üçün klinik və elmi tədqiqatlar, həmçinin kadr mübadiləsinin təşkili böyük əhəmiyyət kəsb edir.
Görüşün sonunda Baronessa Emma Nikolsona milli xatirə hədiyyəsi və universitetin 80 illik yubiley medalı təqdim olunub.
Fəxri qonaqlar həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasının neonatologiya, mama-ginekologiya, reanimasiya şöbələrini gəzib, xəstələrin müalicəsi üçün istifadə edilən müasir avadanlıqları, müalicə prosesini izləyiblər. Bununla yanaşı, klinikanın Tədris Treninq Mərkəzində tələbələrin təlim keçməsi üçün yaradılan şəraitlə tanış olublar. Qonaqlar Tədris Cərrahiyyə Klinikasında xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan şəraitin dünya standartlarına uyğun səviyyədə olmasından məmnunluqlarını ifadə ediblər.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova