Valyuta.com

Özbəkistanlı həkimlər Azərbaycanın Davamlı Tibb Təhsili sistemi ilə tanış olublar

Özbəkistanlı həkimlər Azərbaycanın Davamlı Tibb Təhsili sistemi ilə tanış olublar

Özbəkistan Səhiyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə diplomdan sonrakı tibb təhsilinin strukturu ilə tanış olmaq, bu sahədəki faydalı təcrübəni öyrənib tətbiq etmək məqsədilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) olublar.
Özbəkistan Səhiyyə Nazirliyinin Elm və Təhsil Müəssisələri idarəsinin rəisi, professor Uktam İsmailov qarşılıqlı əlaqələrin gücləndirilməsini və ortaq layihələrin işlənib hazırlanmasını təklif edib, Azərbaycanda tətbiq olunan Davamlı Tibb Təhsili sistemində çox faydalı elementlər olduğunu bildirib.
ADHTİ-nin rektoru, professor Nazim Qasımov rəhbərlik etdiyi müəssisədə diplomdan sonrakı tibb təhsili, rezidentura təhsili və aparılan elmi araşdırmalar haqqında qonaqlara ətraflı məlumat verərək deyib ki, iki dövlətin müvafiq müəssisələri arasında qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanması gələcəkdə daha geniş əlaqələr üçün şərait yaradacaq.
Görüşdə qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün atılması zəruri olan addımlar müzakirə edilib.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova