Valyuta.com

Pediatrlar üçün səyyar kurslar təşkil olunub

Pediatrlar üçün səyyar kurslar təşkil olunub

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Pediatriya kafedrası Salyan Rayon Mərkəzi Xəstəxanasında pediatrlar üçün “Təxirəsalınmaz pediatriya” mövzusunda səyyar kurs təşkil edib. Kursda Salyan və Neftçalada fəaliyyət göstərən sahə pediatrları, neonatoloqlar, kənd tibb məntəqələrinin ailə həkimləri iştirak ediblər.
Kursun əsas məqsədi uşaqlarda təxirəsalınmaz vəziyyətlərdə yardımın təşkili prinsipləri, diaqnostika və tibbi yardımın həyata keçirilməsi məsələləri üzrə həkimlərin bilik və bacarıqlarını artırmaqdan ibarət olub. Bununla yanaşı, müdavimlərə təxirəsalınmaz vəziyyətlərin qarşısının alınması barədə məlumatlar da təqdim edilib.
Mühazirə və praktik məşğələləri ADHTİ-nin Pediatriya kafedrasının əməkdaşları – professor Aslan Həsənov, dosentlər Mətanət Qaraxanova, Fəxrəddin Qarayev və Sənubər Vəliyeva aparıblar.
Analoji kurs Lənkəran Rayon Mərkəzi Xəstəxanasında da keçirilib. Səyyar kursda Lənkəran həkimləri ilə yanaşı, Masallı, Lerik və Astaradan olan həkim-pediatr, neonatoloq və ailə həkimləri də iştirak ediblər.
Dərslər kafedranın əməkdaşları - professorlar Rəqsanə Məmmədova və Aslan Həsənov, dosentlər Mətanət Qaraxanova və Sənubər Vəliyeva tərəfindən aparılıb.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova