Valyuta.com

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər əhalisinə tibbi yardım göstəriblər

Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər əhalisinə tibbi yardım göstəriblər

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri Tərtər rayonunda əhalinin tibbi müayinəsini həyata keçiriblər.
Elmi Cərrahiyyə Mərkəzinin ümumi cərrah, kardiocərrah, damar cərrahı, cərrah-endokrinoloq, proktoloq, kardioloq, qastroenteroloq, endoskopist və şüa diaqnostika ixtisasları üzrə mütəxəssisləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında əhaliyə konsultativ tibbi yardım göstəriblər.
Xəstəxanada tibbi müayinələrin aparılması üçün zəruri şərait yaradılıb. Mərkəzin həkimləri tibbi müayinələrdə həvəslə iştirak etdiklərini bildiriblər. Sakinlər də müayinələrdən razılıqlarını ifadə ediblər.
Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisləri həmçinin yerli həkimlərlə təcrübə mübadiləsi aparıb, bilik və bacarıqlarını bölüşüblər.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova