Valyuta.com

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması üzrə görülən tədbirlərdən danışıb. Bildirib ki, səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin və səhiyyə tibbi informasiya sisteminin yaradılması səhiyyə xidmətinin səviyyəsini xeyli yüksəldib. Yeni təcili tibbi yardım avtomobillərinin təqdim olunmasını bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı adlandıran Niyazi Novruzov yaradılan şəraitə görə muxtar respublikanın səhiyyə işçiləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib ki, bu gün ölkəmizdə səhiyyə xidmətinin keyfiyyətinin və həkimlərin peşə hazırlığının artırılması istiqamətində lazımi tədbirlər görülür. Muxtar respublikada da bu işlər uğurla həyata keçirilir, səhiyyə müəssisələri yenidən qurulur, müasir tibbi avadanlıqlarla təmin olunur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim hazırlığı aparılır. Həyata keçirilən tədbirlər Naxçıvan səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Bütün bunlara dövlətin və səhiyyə işçilərinin birgə səyi sayəsində nail olunub. Səhiyyənin əsas sahələrindən biri də təcili tibbi yardım xidmətinin təşkilidir. Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin təqdim olunması bu sahədə xidmətin səviyyəsini xeyli artıracaq.
Ali Məclisin Sədri muxtar respublikada infeksion xəstəliklərin, eləcə də ana və uşaq ölümlərinin qarşısının alındığını, həmçinin təcili tibbi yardımın təşkili zamanı ölüm hallarının qeydə alınmadığını bildirib, bütün bunlara görə səhiyyə işçilərinə təşəkkür edib.
Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov minnətdarlıq edərək deyib ki, aparılan səhiyyə islahatları sakinlər tərəfindən razılıqla qarşılanır: “Tibb işçilərinin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması isə məsuliyyətimizi artırır. Bu gün Şərur Rayon Mərkəzi Xəstəxanasına da yeni təcili tibbi yardım avtomobili verilir. Çalışacağıq ki, göstərilən etimadı doğruldaq, əhaliyə nümunəvi səhiyyə xidməti göstərək”.
Sonra Ali Məclisin Sədri təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.
Türkiyə istehsalı olan bu avtomobillərdə oksigen balonları, hərəkətli araba və xərəklər, ilkin tibbi yardım çantaları, dərman vasitələri və digər avadanlıqlar xəstələrin təxliyəsi zamanı ilkin tibbi müdaxilə və reanimasiya tədbirlərinin aparılmasına imkan verəcək.
Yeni təcili tibbi yardım avtomobilləri Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə, Təcili Tibbi Yardım Mərkəzinə və rayon mərkəzi xəstəxanalarına təqdim edilib.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova