Valyuta.com

2021-ci ildə Bakıda minimal-invaziv cərrahlarının forumu keçiriləcək

2021-ci ildə Bakıda minimal-invaziv cərrahlarının forumu keçiriləcək

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin minimal-invaziv cərrahlarının forumu keçirilib. Qazaxıstan, Azərbaycan, Rusiya və İrandan olan mütəxəssislərlə yanaşı, İtaliyadan, Almaniyadan və bir sıra digər ölkələrdən gələn 50-yə yaxın mütəxəssisin iştirak etdiyi tədbirdə minimal-invaziv cərrahiyyədə, qalxanvari vəzin, mədəaltı vəzin, mədə-bağırsaq sistemi orqanlarının cərrahi xəstəliklərində dünyada mövcud olan ən qabaqcıl texnika, ən müasir müalicə və diaqnostika metodları, onların effektivliyi, tətbiq sahələri haqqında məruzələr oxunub.
Bu forumun təşkilatçılarından biri olan Azərbaycanı tədbirdə Azərbaycan Minimal-invaziv cərrahlar cəmiyyətinin prezidenti, Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov, professor İslam Mahalov və doktor İlqar İsmayılov təmsil ediblər.
Forumun gedişində 30-dan çox canlı əməliyyat aparılıb və onların icrası konfrans salonunda monitorda nümayiş olunub, müxtəlif yönümlü mütəxəssislər tərəfindən birgə müzakirə edilib. Azərbaycanlı mütəxəssislər məruzələrlə çıxış edib, ustad dərsləri keçirib, müxtəlif məsələlərin müzakirəsində və diskussiyalarda iştirak ediblər. Professor Qurbanxan Müslümov forumun ən böyük toplantılarından birinin sədri olub və gün ərzində icra olunan əməliyyatların gedişinə və müzakirəsinə moderatorluq edib.
Forumun sonunda Qazaxıstan, Rusiya və Azərbaycan minimal-invaziv cərrahları Xəzəryanı ölkələrin Minimal-invaziv Cərrahlıq Cəmiyyətinin yaradılması təşəbbüsünü irəli sürüblər. Bu barədə professor Q.Müslümov bildirib ki, Cəmiyyətin növbəti toplantısı 2020-ci ildə Mahaçqalada keçiriləcək. Qərara alınıb ki, Xəzəryanı ölkələrin minimal-invaziv cərrahiyyə sahəsində mütəxəssislərini birləşdirən belə bir cəmiyyətin rəsmən təsis olunması 2021-ci ildə Bakıda keçiriləcək növbəti konqresdə bəyan olunsun, onun mərkəzi ofisi də məhz ölkəmizin paytaxtında yaradılsın.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova