Valyuta.com

Dünya Ürək Günü qeyd olundu

Dünya Ürək Günü qeyd olundu

1999-cu ildə Ümumdünya Ürək Federasiyası Dünya Ürək Günü keçirmək təşəbbüsü ilə çıxış edib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər mühüm beynəlxalq təşkilatlar bu təşəbbüsü dəstəkləyiblər. 2011-ci ildən bu gün hər il sentyabrın 29-da qeyd olunur.
Ümumdünya Ürək Federasiyası ÜST ilə əməkdaşlıq çərçivəsində Dünya Ürək Günü münasibətilə 100-dən çox ölkədə tədbirlər – kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları keçirir.
Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və hər il 17 milyondan çox insanı həyatdan aparır. Ürək-damar xəstəlikləri və insultun yaranmasının risk amilləri qan təzyiqinin yüksəlməsi, qanda xolesterin və qlükozanın miqdarının artması, siqaret çəkmək, artıq çəki, piylənmə və fiziki hərəkətsizlik, meyvə və tərəvəzlərlə qidalanmanın azlığıdır.
Uşaq və yeniyetmə yaşında formalaşan qeyri-sağlam həyat tərzi ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxaran səbəblərdəndir. Ona görə də xəstəliyin profilaktikasına uşaq vaxtlarından başlamaq lazımdır.
Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.

“Ürəklərimizi birgə qoruyaq”


Azərbaycanın ürək-damar xəstəlikləri üzrə aparıcı müəssisəsi olan Akademik C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu Dünya Ürək Günü münasibətilə “Gənclik mall” Ticarət Mərkəzində “Ürəklərimizi birgə qoruyaq” adlı aksiya keçirib.
İnsanların tibbi anlayışının artırılması və maarifləndirilməsi məqsədi daşıyan aksiya zamanı institutun əməkdaşları ürək-damar xəstəliklərinin profilaktikasına dair tövsiyələr, bu xəstəliklərinin risk amillərinin azaldılmasına yönəldilən ilkin profilaktik müayinələr, onların aparılması üçün tələb olunan göstəricilər haqqında məlumat veriblər. Eyni zamanda, bukletlər paylanılıb, müraciət edənlərin arterial qan təzyiqi, mərkəzi aortal təzyiqi ölçülüb, qanda şəkərin və xolesterinin səviyyəsi ekspres üsulla təyin edilib. Problemi olan şəxslərə həkimlər müvafiq məsləhətlər veriblər.

Dünya Ürək Günü ilə əlaqədar sosial aksiya


Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti Dünya Ürək Günü ilə bağlı bir neçə sosial aksiya və elmi konfrans təşkil edərək, ürək sağlamlığının vacibliyinə diqqət çəkib.
“Park Bulvar” Ticarət Mərkəzində keçirilən aksiya zamanı Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən ödənişsiz əsaslarla insanların qan təzyiqi, qanda şəkərin, xolesterinin miqdarı ölçülüb, ürək-damar xəstəliklərindən qorunmağın yolları haqqında məsləhətlər verilib.
Digər bir sosial aksiya isə Bilgəhdə keçirilib. Mərkəzi Klinik Xəstəxananın həkim briqadası tərəfindən Bilgəh qəsəbəsində yerləşən pensiya yaşına çatmışlar üçün sosial xidmət müəssisəsində məskunlaşan ahıllar müayinədən keçirilib, onlar üçün müalicə kursu təyin edilib. Aksiyaya dəstək verən “KRKA” şirkəti ahılların lazımi dərman preparatları ilə təmin olunmasını təşkil edib.
Dünya Ürək Günü ilə əlaqədar keçirilən daha bir tədbir ürək-damar cərrahları, rezidentlər və gənc həkimlərin iştirak etdiyi elmi-praktiki konfrans olub. Toplantıda Dünya Ürək Gününün əhəmiyyəti vurğulanıb, ürək sağlamlığında aktual mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova