Valyuta.com

Ukraynalı kardioloqlar ATU-da təhsil sistemi ilə tanış olublar

Ukraynalı kardioloqlar ATU-da təhsil sistemi ilə tanış olublar

Ukrayna Uşaq Kardioloji Mərkəzinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Mərkəzin direktoru, uşaq kardiocərrahı, professor İlya Yemets səfərin məqsədi haqqında məlumat verib, qeyd edib ki, Azərbaycanda tibb təhsilinin strukturu ilə tanış olmaq, ATU-da mövcud tədris sistemini öyrənmək, faydalı təcrübələri Ukraynada tətbiq etmək niyyətindədirlər.
Professor Ukraynada tibbi sığorta sisteminin tam tətbiq olunmadığını bildirib və bu sahədə mövcud problemlərdən danışıb. Qonaq gələcəkdə ATU ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin, ortaq layihələrin icrasının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi ali məktəbdə tətbiq olunan iki pilləli təhsil sistemi – 6 illik baza təhsili və seçilən ixtisasdan asılı olaraq 3-5 illik rezidentura haqqında məlumat verib. Bildirib ki, ATU-nun bir çox xarici ölkə universitetləri ilə qarşılıqlı əməkdaşlığa dair sazişləri var. Rektor ATU-da son dövrlər həyata keçirilən islahatlar, elektron universitet sisteminin tətbiqi və digər məsələlər barədə ətraflı məlumat verib, həmçinin tibbi sığorta ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycanda gələn ildən tətbiq olunacaq yeni qaydalarla da qonağı tanış edib.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlığın istiqamətlərinin müzakirəsi məqsədilə növbəti görüşlərin keçirilməsinə dair ilkin razılıq əldə olunub.
Ukrayna Uşaq Kardioloji Mərkəzinin nümayəndə heyəti həmçinin ATU-nun Tədris Cərrahiyyə Klinikasında olub. Klinikanın şöbələri, burada yaradılan şəraitlə yaxından tanış olan qonaqlar tələbələrin Treninq Mərkəzini də ziyarət ediblər. Onlara Mərkəzdə həyata keçirilən layihələr haqqında geniş məlumat verilib.
Klinikanın direktoru, professor Surxay Hadıyev Tədris Cərrahiyyə Klinikasının universitet xəstəxanası olaraq məqsəd və hədəfləri, müalicə və elm-tədris istiqamətindəki fəaliyyəti, əldə olunan uğurlar, gələcəkdə nəzərdə tutulan planlar haqqında qonaqlara geniş məlumat verib.
Görüşdə klinikanın baş həkimi, professor Ramiz Poluxov, II Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova və klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev iştirak ediblər.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova