Valyuta.com

Lənkəranda stomatoloqlar üçün səyyar kurs təşkil edilib

Lənkəranda stomatoloqlar üçün səyyar kurs təşkil edilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasında stomatoloqlar üçün səyyar kurs təşkil edib.
Lənkəran şəhəri ilə yanaşı, yaxın bölgələrdən olan həkim-stomatoloqların da iştirak etdiyi ongünlük kursun əsas məqsədi müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etməkdən, onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.
ADHTİ-nin Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosentləri Cavid Əhmədbəyli və Rəhim Qarayev tərəfindən aparılan dərslərdə stomatoloji xəstələrdə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri haqqında ictimai məlumatlılığı artırmaq, hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri zamanı qarşıya çıxan problemləri həll etmək yolları araşdırılıb.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova