Valyuta.com

Yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradılıb

Yeni dərmanların testləşdirilməsi üçün süni göz yaradılıb

Quru göz sindromu buynuz qişasının qıcıqlanmasına və görmə ilə problemlərə səbəb olur. Amerika mühəndislərinin yaratdığı unikal platformanın köməyi ilə əczaçılar xəstəliyə qarşı mübarizənin daha effektiv metodlarını işləyib hazırlaya biləcəklər.
Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları 3D-printerin köməyi ilə düzəldilən miniatür ölçülü, məsaməli karkaslı qurğunu təqdim ediblər. Şərti olaraq “çipdə göz” adlanan bu sistem jelatindən hazırlanmış, göz qırpan və süni göz yaşlarının köməyi ilə səthi daim nəmləndirilən “göz qapağı” ilə təchiz edilib.
Mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmlənməsində bu və ya digər damcıların nə qədər effektiv olduğunu aydınlaşdırmağa imkan verəcək. Prototipin əsas üstünlüyü onun ucuz başa gəlməsi və asanlıqla istehsal edilməsidır. Bu cihaz yeni süni göz yaşı preparatlarının istehsalını stimullaşdıracaq.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova