Valyuta.com

Birləşmiş Ərəb Əmirliklərindən tələbələr ATU-da təcrübə keçiblər

Birləşmiş Ərəb Əmirliklərindən tələbələr ATU-da təcrübə keçiblər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) RAK Tibb və Sağlamlıq Elmləri Universitetinin tələbələri Azərbaycan Tibb Universitetində (ATU) təcrübə keçiblər.
Üç həftə davam edən praktika zamanı III və IV kurs tələbələri ATU-nun Tədris Cərrahiyyə Klinikasında müalicə işi üzrə biliklərini artırıblar. Qonaq tələbələr bu müddət ərzində klinikalarda keçirilən əməliyyatlarda və treninq mərkəzlərində keçirilən tədbirlərdə iştirak ediblər.
BƏƏ-dən olan tələbələr praktikanın bitməsi münasibətilə universitetin rəhbərliyi ilə görüşüblər. ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov universitetdə hər il dünyanın müxtəlif ölkələrindən olan tələbələrin praktika keçdiyini, aparıcı mütəxəssislərin universitetdə qonaq olduğunu bildirib. O qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti geniş beynəlxalq əlaqələrə malikdir: “Biz dünyanın aparıcı universitetləri, bilik mərkəzləri ilə münasibətləri daha da genişləndiririk. Buraya tələbə mübadiləsi ilə yanaşı, elmi işlərin mübadiləsi, müştərək elmi araşdırmalar, birgə startap ideyaların reallaşdırılması və s. aid etmək olar”. R.Bəylərov ATU-da praktikasını uğurla bitirən ərəb tələbələrə müvəffəqiyyətlər arzulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki, son illər ATU-da ciddi islahatların aparılması müşahidə olunur və görülən işlər müsbət nəticəsini verməkdədir. Bunların sırasında xarici ali məktəblərlə əlaqələrin intensivləşməsini və yeni səviyyəyə qaldırılmasını da xüsusi qeyd etmək lazımdır. Sabrin Ali Azim əməkdaşlığın gücləndiriləcəyinə və gələcəkdə daha çox birgə layihələrin icra olunacağına əminliyini bildirib.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov da iştirak edib.
Görüşün sonunda universitetdə təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub. Gənclər kursdan məmnun qaldıqlarını, ATU-da keçdikləri təcrübənin onların gələcək fəaliyyətlərinə ciddi fayda verəcəyini bildiriblər.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova