Valyuta.com

ÜST rəsmisi Fatoş Hande Harmancı: “Azərbaycan səhiyyə sisteminin gücləndirilməsi üçün ciddi addımlar atır”

ÜST rəsmisi Fatoş Hande Harmancı: “Azərbaycan səhiyyə sisteminin gücləndirilməsi üçün ciddi addımlar atır”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə əlaqədar Azərbaycan hökumətini dəstəkləmək üçün dəvət olunan dördgünlük missiyanın nəticələri ilə bağlı dəyirmi masa keçirib. Tədbir Səhiyyə Nazirliyi, Milli Məclis, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Birləşmiş Millətlər Təşkilatının (BMT) agentlikləri, digər beynəlxalq təşkilatlar və səfirlik nümayəndələrini bir araya gətirib.
ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə son üç ildə ölkədə mühüm təkmilləşdirmə işlərinin aparıldığını qeyd edib: “2016-cı ildə Azərbaycan hökuməti daha əlçatan səhiyyə sisteminin tətbiqi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini yaratdı. Agentlik baza zərfinə daxil olan tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitlərin yığılması yolu ilə icbari tibbi sığortanı həyata keçirir. 2017-2018-ci illərdə agentlik 3 bölgədə pilot layihə tətbiq etdi və əhaliyə 1829 xidmət təqdim olundu. Həmin pilot layihələr səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, əhalinin və səhiyyə işçilərinin məmnunluğu baxımından müsbət nəticələr verdi. Gələn il yanvarın 1-dən etibarən yeni sistemin bütün ölkə ərazisini əhatə etməsi planlaşdırılır. Bu geniş islahatlar çərçivəsində ictimai səhiyyə də gücləndiriləcək. Səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək məqsədilə ÜST-nin mütəxəssislərindən ibarət missiya ölkəyə səfər edib. Missiya Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilmə mexanizmlərinin düzgün qurulduğunu hesab edir. Lakin sistemin digər aspektlərinin, xüsusən ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinə ehtiyac var. Mütəxəssislərdən ibarət missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir. Həmin missiya dəyişməkdə olan yeni sistemi müşahidə etmək, eləcə də layihənin müvəffəqiyyətlə həyata keçməsi məqsədilə ÜST-nin tövsiyələrini hazırlamaq üçün böyük imkandır. Güclü səhiyyə sistemi dayanıqlı inkişafın təməlidir, həmçinin hər kəsin istədiyi və layiq olduğu firavan gələcək üçün əsas şərtdir”.
“Azərbaycan dövləti səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır. ÜST öz mütəxəssislərinin köməyi ilə bu məsələdə ölkəyə yardım göstərməkdən qürur duyur. Bu ilin əvvəlindən təşkilat peşəkar bələdçilik və texniki biliklərlə birbaşa müşahidə imkanları yaradıb. ÜST milli texniki ekspertlərin təcrübəsi və öz mütəxəssislərindən ibarət texniki missiyanın tövsiyələri ilə Azərbaycanı bu sahədə dəstəkləyir. Növbəti addım Azərbaycana uyğun ən yaxşı modeli hazırlamaq üçün ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı pilot layihə üzərində işləməkdir. İlkin səhiyyə xidmətləri hər kəsin ilk təmasda olduğu xidmətdir və burada xəstəliklərin böyük bir hissəsini daha yaxşı aşkar və müalicə etmək imkanı olduğuna görə, böyük əhəmiyyət daşıyır”, - deyə ÜST-nin nümayəndəsi qeyd edib.
F.H.Harmancının sözlərinə görə, Azərbaycanda 30-70 yaşlı əhali arasında qeyri-infeksion xəstəliklər üzrə ölüm göstəricisi 22 faizə bərabərdir. Ölüm hallarına əsasən qanda şəkərin miqdarının və qan təzyiqinin yüksəlməsi, artıq çəki və siqaretdən istifadə səbəb olub. Ona görə də bu xəstəliklərin idarəedilməsi və həmin səbəblərdən ölümlərin azalmasında ən vacib addımlardan biri ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir.
Tədbirdə ÜST-nin nümayəndələri Melitta Ceykabın “Dünya səhiyyə xidmətlərinin təminatına doğru aparan yol”, Naygel Edvardsın “Azərbaycanda ilkin səhiyyənin gücləndirilməsi”, Kris Skotterin “Səhiyyə üzrə insan kadrları və tədris imkanları”, Səhiyyə Nazirliyinin nümayəndəsi Nadir Zeynalovun “Yeni sistem çərçivəsində Səhiyyə Nazirliyinin dəyişən rolu”, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Rəşad Çobanlının “Azərbaycanda səhiyyə xidmətləri pilot layihəsindən öyrənilən dərslər” mövzularında məruzələri dinlənilib. Mövzular ətrafında müzakirələr aparılıb.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova