Valyuta.com

Səhiyyə Nazirliyi və UNICEF: “Süni qida qəbulu adi hala çevrilməməlidir!”

Səhiyyə Nazirliyi və UNICEF: “Süni qida qəbulu adi hala çevrilməməlidir!”

Körpələrin sağlamlığı ana südündən başlayır. Onların xəstəliklərə qarşı əsas anticisimləri aldıqları ana südü immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmuş körpəni həyatının ilk saatından başlayaraq 6 ay ərzində yalnız ana südü ilə qidalandırmaq körpənin həm sağlam böyüməsini, həm də beyninin inkişafını təmin edir. Ona bu dövrdə digər maye (su, çay) və ya qida lazım deyil. Ana südündə yetərincə maye var və bu hətta istidə belə körpənin tələbatını ödəyir.
Bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının körpələrin qidalanması ilə bağlı tövsiyələrinin əsasını təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yenidoğulmuşların sağlamlığı üçün ana südünün faydaları barədə anaları maarifləndirmək, tibb işçilərinin bu tövsiyələrə uyğun fəaliyyətini təmin etmək məqsədilə son illərdə bir çox addımlar atır, layihələr həyata keçirir. Bu layihələrdən biri də hazırda Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ilə birgə icra olunur.
Qeyd etmək lazımdır ki, əgər hər hansı tibbi göstəriş yoxdursa, körpəyə süni qidaların verilməsi onun fiziki və psixi inkisafina, həmçinin ananın sağlamlığına mənfi təsir göstərir. Süni qidalandırılma ailəyə həm mənəvi, həm də maddi zərbə vurur. Körpənin ana südü ilə qidalandırılması nəticəsində ana və uşaq arasında həm də mehriban münasibət, xoş ünsiyyət yaranır, bu, körpənin sağlam inkişafında, heç şübhəsiz ki, mühüm rol oynayır. Səhiyyəmizdə yüzlərlə savadlı, təcrübəli, fədakar, vicdanlı tibb işçiləri bu barədə anaları məlumatlandırır və körpələrini dünyaya gəldiyi ilk saatdan etibarən əmizdirməyi onlara tövsiyə edirlər. Təəssüflər olsun ki, bəzən anaları süni qidalara yönəldənlərə də rast gəlinir.
Yeni doğulan körpələrə doğulduğu ilk gündən süni qida verilməsi Səhiyyə Nazirliyini, o cümlədən bu qurumun neonatal komissiyasının ekspertlərini də narahat edir. Bu məqsədlə UNİCEF-in “Körpə dostu klinikası” təşəbbüsü ilə bağlı Səhiyyə Nazirliyinin dəstəyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və neonatal komissiyanın ekspertlərinin istirakı ilə təbii qidalanmanın müstəsna rolu haqqında strategiya hazırlanıb. 2019-cu ilin yanvar ayından start verilən layihənin birinci mərhələsində mövcud problemlər müzakirə edilib, layihənin mərhələləri işlənib. İşin I mərhələsində ölkənin bir sıra doğum evlərində ilkin audit aparılıb. Analarla fərdi sorğu keçirilib. Sorğunun nəticələri araşdırılıb, real mənzərə müəyyən edilib. Hazırda II mərhələ davam edir – həkimlərə və tibb bacılarına treninqlər keçirilir, hamilələr və yeni ana olanlar üçün informasiya mənbələri, normativ sənədlərə əlavələr hazırlanır. Layihənin məqsədi və hədəfi bütün doğum evlərində, istər təbii doğuş, istərsə də keysəriyyə əməliyyatı ilə dünyaya gələn bütün uşaqlara ana ilə dəri təmasının qurulmasını, gələcəkdə körpənin ana südü ilə uğurlu qidalanmasını təmin etmək üçün ilk 1 saat ərzində döşə qoyulmasını tətbiq etməyə nail olmaq və bunun vacibliyini analara izah etməkdir ki, süni qida qəbulu adi hala çevrilməsin.
Hazırda hamilə qadınların hamiləlik dövründə mama-ginekoloqların nəzarətində olduqları müddətdə də bu barədə maarifləndirmə aparılır. Məlumatlı ana bu qaydalara riayət etməyən doğum evlərində olarkən özü səy göstərərək, körpəsinə yalnız ana südü verəcəyini qətiyyət və israrla bildirə bilir. Anaların düzgün əmizdirmə barədə kifayət qədər məlumatlandırılması üçün kitabçalar hazırlanır, bu istiqamətdə gənc analarla maarifləndirmə işləri də gücləndirilir. Göstəriş olmadan süni qida təyin edən həkimlərin askarlanması üçün müvafiq tədbirlər hazırlanır. Süni qidaların reklamının yolverilməz olduğu qanunvericilikdə də öz əksini tapıb. Strategiyanın bir istiqaməti də ana südü verilməsinin körpənin 6-cı ayına kimi davam edib-etmədiyini öyrənməkdir. Bunun üçün ana ilə yenidən əlaqə saxlanılır. Əldə olunan nəticələr audit aparılan klinikaların rəhbərliyi ilə birgə dəyirmi masalarda mütəmadi müzakirə olunur.шаблоны для dle 11.2





AVQUST2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova