Valyuta.com

ATU ilə Təbriz Tibb Universiteti arasında memorandum imzalanıb

ATU ilə Təbriz Tibb Universiteti arasında memorandum imzalanıb
Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Təbriz Tibb Universitetində olub.
Nümayəndə heyətinin rəhbəri, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin sözlərinə görə, üç gün ərzində keçirilən görüşlər iki universitet arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması ilə yekunlaşıb: “Bu günlər ərzində həmin universitetin rektoru, prorektorları və digər rəsmiləri ilə bir sıra görüşlər keçirdik, ATU haqqında geniş məlumat verdik. Təbriz Tibb Universitetinin simulyasiya mərkəzi və mehmanxanası ilə tanış olduq. Gələcəkdə ATU-dan rezidentlərin kurasiya üçün Təbriz Tibb Universitetinə göndərilməsi məsələsi ilə bağlı tərəflər arasında müzakirələr aparıldı. İlk dövrdə 20-yə yaxın rezidentin bu universitetin fərqli bazalarına göndərilməsinə qərar verildi”.
Prorektor memorandumun rektor Gəray Gəraybəyli tərəfindən imzalandığını, orada aparılan müzakirələr nəticəsində sənədə bir neçə əlavə və dəyişikliyin edildiyini vurğulayıb.
Təbriz Tibb Universitetinin rektoru professor Mohammad Hossein Sami qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inandığını bildirib.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova