Valyuta.com

Ümumdünya Hepatit Günü

Ümumdünya Hepatit Günü
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə 2010-cu ildən etibarən hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Bu gün dünyada hepatit viruslarına qarşı profilaktika və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
ÜST-nin məlumatına görə, planet əhalisinin hər üç nəfərindən biri, yəni 2 milyarda yaxın insan hepatitdən əziyyət çəkir. Bəzi ölkələrdə əhalinin böyük hissəsi hepatit A virusu ilə xəstələnib, onda biri isə hepatit B və C viruslarının daşıyıcılarıdır. Dünyada 300 milyon insan xəbərsiz olaraq hepatit virusu ilə yaşayır.
ÜST Ümumdünya Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Bu il Ümumdünya Hepatit Günü “Hepatitin aradan qaldırılmasına investisiya qoymaq” devizi altında qeyd edilib.
ÜST-nin Avropa bürosu Ümumdünya Hepatit Günü ilə əlaqədar yaydığı məlumatında yay məzuniyyətləri dövründə, xüsusən də, xaricdə dincələn insanlara bu xəstəliyə yüksək yoluxma ehtimalı barədə xəbərdarlıq edib.
Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C və başqa növləri var. Hepatitin A növündən adi gigiyena qaydalarına riayət etməklə, yalnız təmizliyinə əmin olunan sudan istifadə etməklə, həmçinin əlləri tez-tez sabunla yumaqla qorunmaq mümkündür.
Hepatit B bu xəstəliyə yoluxmuş insanın qanı və ya orqanizmindəki digər maye ilə təmas zamanı ötürülür. Sanitar-gigiyena standartlarına riayət olunmayan yerlərdə manikür, pedikür, pirsinq və ya döymələr zamanı da bu virusa yoluxmaq olar. Yoluxmanın mümkün yollarından biri də intim münasibətdir. Bu, C hepatitinə yoluxmaya da aiddir. Lakin qanköçürmə və stomatoloji prosedurlar zamanı yoluxma ehtimalı daha yüksəkdir. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır.
A və B hepatitlərindən ən etibarlı müdafiə vaksinasiyadır.
Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilmələri və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova