Valyuta.com

Uşaqlarda mexaniki ventilyasiya üzrə təlim

Uşaqlarda mexaniki ventilyasiya üzrə təlim
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkimlər üçün pediatrik xəstələrdə və yenidoğulmuşlarda ağciyərlərin mexaniki ventilyasiyanın tətbiqinə dair təlim keçirilib.
Ankara Universitetinin professoru Ömer Erdeve azərbaycanlı həmkarları ilə davamlı olaraq əməkdaşlıq etdiklərini bildirib. O, bir ay əvvəl başladıqları təlimə yenidən tələbat yarandığını və ona görə də kursu davam etdirmək qərarına gəldiklərini söyləyib.
Sonra təlim kursunda türkiyəli mütəxəssislər - dosent Emel Okulu “Tənəffüz fiziologiyası”, “Qeyri-invaziv ventilyasiya”, professor Tanıl Kendirli isə “Uşaqlarda kəskin tənəffüz çatışmazlığı və müalicə” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. İnteraktiv keçirilən təlim kursunda iştirakçıların sualları da ətraflı cavablandırılıb.
Həkim-nevroloq, davamlı tibbi təhsil üzrə layihə rəhbəri Mərziyyə Məmmədova bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası, Elmi Tədqiqat Pediatriya İnstitutu, Ankara Universiteti və "Uptodate İn Medicine" şirkəti ilə birgə təşkil edilən təlim Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimlərin hər birinə 16 kredit balı veriləcək.
Qeyd edək ki, mühazirələr, interaktiv müzakirələr, kiçik qruplarda aparılan praktik vərdişlərin aşılanmasına yönəlmiş bu təlim kursu həkimlərə pediatrik xəstələrin və yenidoğulanların ağciyərlərinin mexaniki ventilyasiyası sahəsində ən son nailiyyətlərlə tanış olmaq, qabaqcıl üsullardan və klinik təcrübədən bəhrələnmək, praktik bacarıqları mənimsəmək üçün geniş imkanlar verir.
Təlim fərqli mövzulara aid mühazirələrlə və praktik məşğələlərlə öz işini davam etdirib.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova