Valyuta.com

"Diaqnostik ultrasəsdə yeni era"

"Diaqnostik ultrasəsdə yeni era"

Bakıda "Diaqnostik ultrasəsdə yeni era" adlı beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) təşkilati dəstəyi, "Arash Medical Company" və "Canon Medical Systems" şirkətlərinin sponsorluğu ilə keçirilən mötəbər tədbirə yerli tibb mütəxəssisləri ilə yanaşı, Almaniya, Hollandiya, Portuqaliya və digər ölkələrdən dəvət olunan 200-dən çox qonaq qatılıb.
Yeni nəsil ultrasəs aparatları, onların üstünlükləri, fayda və imkanları haqqında geniş məlumat vermək, fikir və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyan konfransı giriş sözü ilə açan ADHTİ-nin prorektoru, dosent Təyyar Eyvazov tədbirin əhəmiyyətindən, Azərbaycanın ümumdünya səhiyyə sistemindəki mövqeyindən, səhiyyəmizin günü-gündən inkişaf etməsindən, bu yöndə tibbi diaqnostikanın da etibarlılığının mühüm amil olmasından söz açıb.
Sonra əcnəbi mütəxəssislərin – doktor Vesam İbrahim (Hollandiya), doktor Horst Kinkel (Almaniya), doktor Jader Kruz (Portuqaliya) və başqalarının "Yeni üstün vasitələr", " Fokal qaraciyər törəmələrinin xarakterizə olunması", müntəzəm müayinələrdə "Super mikrovascular imaging" və digər mövzularda məruzələri konfrans iştirakçılarının marağına səbəb olub.
Daha sonra "Canon Medical Systems" şirkətinin tədqiqatlara dəstək üzrə qlobal meneceri Minoru Aoki (Yaponiya) Azərbaycanda istifadə olunan müasir tibbi avadanlıqlardan və onlardan istifadə edən həkim heyətinin peşəkarlığının artırılması yolunda atılan ciddi addımlardan danışıb.
Fasilədən sonra qonaqlar foyedə sərgilənən yeni innovativ tibbi avadanlıqlar, cihaz və alətlərlə tanış olublar.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova