Valyuta.com

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti Milli Oftalmologiya Mərkəzində olub

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti Milli Oftalmologiya Mərkəzində olub
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsinin (DAC) nümayəndə heyəti Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində olub.
Görüş zamanı Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 2012-ci ildən bəri Afrika ölkələrində həyata keçirdikləri “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə (AFAB)” kampaniyası və Azərbaycan tərəfindən göstərilən yardımların əlaqələndirilməsi məsələləri müzakirə edilib.
Görüşdə iştirak edən OECD/DAC-ın İnkişaf Əməkdaşlığı üzrə Direktorluğunun şöbə müdiri Ana Fernandes və analitik Huan Kasado Asensio Milli Oftalmologiya Mərkəzinin həkimlərinin Mərkəzin Afrika ölkələrində humanitar yardım kampaniyaları zamanı fəaliyyətinə yüksək qiymət veriblər.
Qeyd edək ki, OECD/DAC dünyada donor dövlətlərini bir araya gətirən ən nüfuzlu beynəlxalq qurum hesab edilir. Ölkəmizin həmin təşkilatda təmsil olunması Azərbaycan tərəfindən göstərilən humanitar və inkişafa yardımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.шаблоны для dle 11.2





IYUL2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova