Valyuta.com

Bakıda “Delta hepatiti” beynəlxalq konfransı

Bakıda “Delta hepatiti” beynəlxalq konfransı

Bakıda Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyi tərəfindən təşkil olunan, ilk dəfədir ki, Asiya-Sakit Okean Qaraciyər Tədqiqatları Assosiasiyasının platformasında qurulmuş “Delta hepatiti” adlı ikigünlük beynəlxalq konfrans keçirilib.
Tədbir haqqında KİV nümayəndələrinə məlumat verən Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva bildirib ki, konfransın mövzusu hepatit virusları arasında çox nadir, lakin son illər ərzində çox təhlükəli sayılan qaraciyər virusudur: “"Qələbə üçün birləşək" devizi ilə çıxış edən beynəlxalq konfransın işində 30-dan artıq ölkədən ümumilikdə 500-dən çox mütəxəssis iştirak edir. Əminəm ki, konfrans nadir sayılan, lakin çox ağır fəsadları olan delta hepatiti ilə mübarizədə faydalı olacaq. Problemin vacibliyi ondan ibarətdir ki, bu xəstəlik uzun illər heç bir simptomu olmadan inkişaf edir və çox qısa vaxt ərzində qaraciyərin sirrozu ilə nəticələnir. Mövzunun vacibliyini nəzərə alaraq, tədbiri həyata keçirmək üçün iki il öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etdik və dəstək aldıq. Bu, Mehriban xanımın, hər zaman olduğu kimi, əhalinin sağlamlığına, tibb elminin inkişafına qayğısının təzahürüdür. Məqsədimiz həkimlərimizi maarifləndirmək, yeni informasiyaları Bakıda və regionlarda yaymaq, insanlara kömək etməkdir. Bunun da nəticəsində həkimlərimiz daha da ixtisaslaşacaq. Konfrans çərçivəsində bu xəstəliyin sosial problemləri də müzakirə olunacaq. Bu sahədə ən təcrübəli mütəxəssislər, professorlar – Yaponiyadan Masao Omata, ABŞ-dan Anna Lok, Robert Giş, Cefri Glen, Pakistandan Sayed Hamid, Türkiyədən Abdulkadır Dokmeci, Deniz Balci, Cihan Yurdaydın və başqaları konfransda çıxış edib, müzakirələr aparacaqlar”.
Tədbirin təşkilat komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin endoskopisti, qastroenteroloqu Həcər Həsənova məlumat verib ki, bu beynəlxalq konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və ona davamlı tibbi təhsil üzrə 16 kredit vahidi verilib. O bildirib ki, virus hepatiti vaxtında aşkar olunmasa və müalicə edilməsə, müxtəlif fəsadlara gətirib çıxara bilər. Bu fəsadlardan biri də son mərhələ olan xərçəng xəstəliyidir.
Konfransda delta hepatitin diaqnostikası, müalicəsi və profilaktikası üzrə məruzələr dinlənilib, hepatitlər, qaraciyər transplantasiyası, qaraciyər onkologiyası problemləri və onların müalicəsi mövzuları müzakirə olunub. Mütəxəssislər Delta və B hepatitləri üzrə təqdimatlarla çıxış ediblər.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova