Valyuta.com

Tibb Universitetində UNICEF məsləhətçiləri ilə görüş

Tibb Universitetində UNICEF məsləhətçiləri ilə görüş

BMT-nin Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi 2021-2025-ci illər üçün növbəti ölkə proqramını hazırlayır. Bununla əlaqədar UNICEF-in region üzrə sağlıq və təhsil məsləhətçisi Basil Rodriges Azərbaycan Tibb Universitetində (ATU) olub, rektor professor Gəray Gəraybəyli ilə görüşüb.
Qonaqlara ATU-da mövcud təhsil və imtahan sistemi, tədrisdə aparılan innovativ yeniliklər, elektron universitet proqramının tətbiqi haqqında geniş məlumat verilib. Həmçinin birgə əməkdaşlığın istiqamətləri müzakirə olunub.
Görüşdə iştirak edən UNICEF-in sağlamlıq və qidalanma üzrə nümayəndəsi Töhfə Cəmilova təmsil etdiyi təşkilatın 25 ildən çoxdur Azərbaycanla çalışdığını deyib, qurumun hökumətlə birgə növbəti 5 illik proqramının hazırlanması, sənəddə təhsil və səhiyyə üzrə vacib məqamların əks olunması üçün ATU ilə əməkdaşlığın ümumi işə böyük töhfə verəcəyindən əminliyini bildirib.
Rektor Gəray Gəraybəyli ATU əməkdaşlarının UNICEF-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə, proqramların reallaşmasında yaxından iştirak etdiklərini vurğulayıb: “Son 10 ildə universitetimizin yürütdüyü əsas strateji xətlərdən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Bir çox xarici ölkələrin, həm Avropa, həm də digər regionların universitetləri, beynəlxalq təşkilatlarla əlaqələrimiz var. UNICEF-lə əməkdaşlıq bu əlaqələrin daha da dərinləşməsinə təkan verəcək”.
Rektor G.Gəraybəyli pediatriya sahəsinin inkişafının həm Azərbaycan səhiyyəsi, həm də ATU üçün önəmli sahələrdən biri olduğunu qeyd edib. Bu səbəbdən UNICEF-in ölkə proqramında pediatriya ilə bağlı məqamların əks olunmasının vacibliyini bildirib. Tələbələrin praktik biliklərinin artırılması, dünyada mövcud praktik vərdişlərin öyrədilməsi məqsədilə treninq mərkəzlərinin yaradılmasında UNICEF-in kömək göstərə biləcəyini qeyd edib.
UNICEF-in region üzrə sağlıq və təhsil məsləhətçisi Basil Rodriges regionda ailə həkimi institutunun yaradılmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, UNICEF-in budəfəki ölkə proqramında əsas bəndlərdən biri pediatriya sahəsinin inkişafı, uşaqlara ilkin tibbi yardımın keyfiyyətli təşkili, digəri isə ailə həkimi institutunun yaradılması ilə bağlıdır.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev iştirak ediblər.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova