Valyuta.com

“İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha”

“İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha”

Bakıda bu adda beynəlxalq konfrans keçirilib


Milli Onkologiya Mərkəzində (MOM) 15 iyun – Milli Qurtuluş Günü, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv diaqnostika və müalicə şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib.
Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev giriş nitqində onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib.
Yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş mütəxəssislər – Türkiyənin Koç Universiteti Xəstəxanasının professoru Çil Barbaros Erhan, dosent Aslan Fatih, Rusiyanın N.N.Petrov adına Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzinin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko bu sahədə ən son elmi və praktiki təcrübələrini bölüşüblər. Tədbirdə həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunub və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar birbaşa yayımlanıb.
Konfransda Ruslan Məmmədovun “Endoskopik ultrasəs müayinəsinin günümüzdə aktuallığı”, Gülüstan Babayevanın “Xroniki pankreatitlərin diaqnostikasında yeniliklər”, Aslan Fatihin “Advanced Endoscopy – ESD, STER, POEM, POET”, Çil Barbaros Erhanın “Hepatosellular karsinomada transarterial lokoregional müalicələr”, Oleq Tkaçenkonun “Submukozal tunel endoskopik rezeksiya, anastomoz çatışmazlığı zamanı endoskopik yanaşma”, Eldar Quliyevin “MOM-da qaraciyər törəmələrində invaziv müalicə taktikaları”, Cavid Əhmədovun “Qastrik varikoz genişlənmələrdə invaziv radiologiyanın yeri”, Ruslan Əliyevin “Uşaqlıq qanaxmalarında invaziv müdaxilələrin rolu”, Fərid Quliyevin “MOM-da icra olunan invaziv endoskopik müalicə üsulları”, “Elgün Həziyevin “Onkoloji xəstələrdə kreatinin yüksəlməsinə yanaşma” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.
Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçib və ona 8 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova