Valyuta.com

Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktik konfrans keçirib

Elmi Cərrahiyyə Mərkəzi növbəti səyyar elmi-praktik konfrans keçirib

Azərbaycan Cərrahlar və Qastroenteroloqlar İctimai Birliyi, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (ECM) və Şamaxı Rayon Mərkəzi Xəstəxanası (RMX) Şamaxıda “Cərrahiyyənin aktual problemləri” adlı regional elmi-praktik konfrans keçirib.
Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından, həmçinin Elmi Cərrahiyyə Mərkəzindən ümumi cərrah, anestezioloq, reanimatoloq, kardioloq, qastroenteroloq və terapevtlərin iştirak etdiyi tədbirdə ECM-in direktoru, professor Rauf Ağayev Prezident İlham Əliyevin xalqımızın sağlamlığını daim diqqət mərkəzində saxladığını vurğulayıb, bu siyasətin tibb işçiləri tərəfindən hər zaman dəstəkləndiyini söyləyib. Bu baxımdan, Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə ölkəmizin aparıcı tibb mütəxəssislərinin rayonlarda həkimlərlə vaxtaşırı təcrübə mübadiləsi aparması, əhaliyə yerində konsultasiyalar keçirməsi böyük əhəmiyyət daşıyır. R.Ağayev bu konfransın əhaliyə tibbi yardımın yaxşılaşdırılması istiqamətində müxtəlif ixtisaslı həkimlərin bilik və peşə bacarıqlarının artırılmasında böyük rol oynayacağını bildirib.
Sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri professorlar H.İsayev, Ə.Məmmədov, F.Saidova, N.Abışov, Q.Müslümov, tibb elmləri doktorları E.Rüstəmov, F.Həsənov, Z.Şirinov və tibb üzrə fəlsəfə doktoru E.Əliyev həzm traktının, ürək-damar sisteminin və anesteziologiya-reanimatologiyanın aktual problemlərini əhatə edən maraqlı məruzələrlə çıxış ediblər.
Sonda geniş auditoriyanın iştirakı ilə müzakirələr aparılıb, iştirakçılara sertifikatlar təqdim edilib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova