Valyuta.com

AŞPA-da azərbaycanlı deputatlar psixi xəstələrin hüquqlarından danışıblar

AŞPA-da azərbaycanlı deputatlar psixi xəstələrin hüquqlarından danışıblar

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzə dinlənilib. Müzakirələrdə azərbaycanlı deputatlar da öz fikirləri ilə bölüşüblər.
“İnsan hüquqları bəşəriyyət üçün qeyd-şərtsiz və qlobal bir dəyərdir. Ancaq təəssüf ki, həyatımızın bəzi sahələrində insan hüquqları hələ də köhnə qayda və ənənələri dəyişməyib. Psixi sağlamlıq sahəsində yardıma ehtiyacı olan insanların hüquqları dünyada sistematik olaraq pozulur. Bu insanlara tibbi yardım göstərmək üçün onların könüllü razılığı əsas məqamdır”. Bu fikirləri adı çəkilən məruzənin müzakirələri zamanı Liberal Demokratlar Qrupu adından çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov söyləyib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına görə, hər bir fərd öz seçimini etməkdə azaddır. Əlillər hər bir kəslə eyni hüquqa malikdirlər və cəmiyyətə inteqrasiya edilməlidirlər. Psixi sağlamlıq sistemi sözügedən Konvensiyaya uyğun olmalıdır. Psixososial əlillik sahəsində məcburi üsullardan istifadə edərkən ortaya etik problemlərin çıxmasına, psixi sağlamlıq sahəsində icbari metodların geniş yayılmasına toxunan azərbaycanlı deputat məcburiyyətin etik cəhətdən problemli olduğunu, fərdin sərbəstliyini məhdudlaşdırdığını qeyd edib. O diqqətə çatdırıb ki, aparıcı regional insan hüquqları təşkilatı kimi, AŞPA psixi sağlamlıq sahəsində insan hüquqlarında ayrı-seçkilik, zorakılıq və sui-istifadəni aradan qaldıracaq strategiya müəyyən etməlidir. Avropa dövlətləri psixi xəstəliyi olan insanların hüquqlarını pozan bütün üsulları aradan qaldırmalıdır. Təəssüf ki, "ruhi xəstəliyi" və ya "psixi qüsuru" olan şəxslər hələ də xəstəxanalarda məcburi qaydada saxlanılır və fiziki məhdudiyyətlərə məruz qalırlar. Hesabata əsasən, psixi sağlamlıq sistemində məcburi tədbirlərin istifadəsində artım müşahidə edilir.
“Bu gün psixiatriyada icbari üsulları azaltmaq üçün köklü islahatlar aparmalı, qanunvericilikdə dəyişikliklər etməli və xüsusi layihələr həyata keçirməliyik. Psixi müalicə sahəsində zorakılığın qarşısını almaq üçün yeni xəstəxana tipli strategiyaya, humanitar tədbirlər kompleksinə, psixoloji yardımlara və digər müsbət nümunələrə ehtiyacımız var. Hər bir dövlət psixi müalicə sistemində islahatlar aparmalı, bu sistem tibbi etika və insan hüquqlarına tam uyğun olmalıdır”, - deyə E.Həsənov vurğulayıb.
AŞPA-dakı nümayəndə heyətimizin üzvü Ülviyyə Ağayeva isə söyləyib ki, psixi xəstələrə müxtəlif aspektlərdən yanaşmaq lazımdır: “Belə xəstələrə onların psixi vəziyyətlərinə uyğun şəkildə yanaşılmalıdır. Yalnız onlar özlərinə və ətrafdakılara təhlükə yaratdığı halda məcburi müalicəyə müraciət etmək olar”.
O bildirib ki, belə xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır. Ü.Ağayeva bəzən aparılan müalicələrin əks təsiri olduğunu diqqətə çatdırıb və daha diqqətli olmağa çağırıb. Belə xəstələrin məcburi şəkildə müəyyən şəraitdə saxlanılmasının, hərəkətlərinin məhdudlaşdırılmasının mənfi təsir göstərdiyini vurğulayıb. Bu cür müalicə üsullarının tətbiqinin onların vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olduğunu qeyd edib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova