Valyuta.com

Azərbaycanda ana və uşaq sağlamlığının qorunması üçün ciddi addımlar atılır

Azərbaycanda ana və uşaq sağlamlığının qorunması üçün ciddi addımlar atılır

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu ilə birgə “Pediatriyanın tibbi-sosial aspektləri. Müasir yanaşmaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib. Tədbirdə ölkəmizin şəhər və regionlarında çalışan neonatoloq və pediatrlarla yanaşı, xarici ölkələrdən gəlmiş mütəxəssislər də iştirak ediblər.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” indiyə qədər səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsinə, əhalinin sağlamlığının daha yüksək səviyyədə qorunmasına xidmət edən növbəti addım olub. Bu sənəddə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyənləşdirilib, qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsi, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması bir məqsəd kimi qarşıya qoyulub. Rektor bildirib ki, ölkəmizdə əhalinin tibbi maarifləndirilməsi, qohum evliliklərin mənfi nəticələri barədə məlumatlandırılması da vacib hədəflərdəndir. Professor N.Qasımov ana və uşaq sağlamlığı üzrə həyata keçirilən irimiqyaslı layihələrdən danışıb, bu sahədə həkimlərin təkmilləşməsi, müasir biliklərə yiyələnməsi, beynəlxalq təcrübədən yararlanması üçün konfransın əhəmiyyətli olacağını vurğulayıb.
K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev çıxış edərək, ana və uşaqların sağlamlığının daim diqqət mərkəzində olduğunu qeyd edib. Professor Azərbaycanda bu istiqamətdə görülən işlərdən danışıb, atılan addımların öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Baş pediatr bildirib ki, uşaq yaşlarında sağlamlıq pozuntularının erkən aşkarlanması və onların gələcəkdə əmələ gəlməsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsində neonatoloq və pediatrların göstərdiyi yardımlarda yeni yanaşmaların tətbiqi zəruridir. Bu baxımdan Azərbaycanda uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşməlidir. Professor N.Quliyev tədbirin həkimlər üçün faydalı olacağına əminliyini ifadə edib və uğurlar arzulayıb.
Konfrans müxtəlif mövzularda məruzə və müzakirələrlə davam etdirilib. Pediatriya və neonatologiya sahəsində antenatal diaqnostikanın perspektivləri, yenidoğulmuşlarda mərkəzi sinir sistemi xəstəliklərinin erkən aşkarlanması, erkən doğulan uşaqların qidalanması və inkişafı, Azərbaycanda uşaqlar arasında geniş yayılan inkişaf çətinlikləri və onların erkən aşkarlanmasında yeni yanaşmaların tətbiqi kimi tədqiqatların nəticələri barədə məlumatlar konfrans iştirakçılarına təqdim edilib. Eyni zamanda, konfransda ölkəmizdə onurğa xəstəliklərinin yayılması və bu halların vaxtında aşkarlanmasında pediatrların rolu haqqında, pediatriyanın sosial aspektləri, uşaq zorakılığına dair məsələlər barəsində də məlumat verilib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova