Valyuta.com

Qubada uşaqlarda yoluxucu xəstəliklər üzrə səyyar kurs

Qubada uşaqlarda yoluxucu xəstəliklər üzrə səyyar kurs

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrası tərəfindən Qubada "Uşaqlarda yoluxucu xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda səyyar kurs keçirilib.
Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında çalışan 31 həkim-pediatrın, neonatoloq və təcili tibbi yardım həkimlərinin iştirak etdiyi kursda Pediatriya kafedrasının müdir əvəzi, professor Rəqsanə Məmmədovanın rəhbərliyi ilə aparılan dərsləri dosentlər Mətanət Qaraxanova, Zemfira Quliyeva və assistent Təranə İbadova aparıblar. Kurs ərzində uşaqlarda infeksion xəstəliklər zamanı təxirəsalınmaz vəziyyətlərin xüsusiyyətləri, həmin vəziyyətlərdə yardım prinsipləri və alqoritmləri, müalicə taktikaları həkim-dinləyicilərə təqdim edilib.
Eyni zamanda, dosent Mətanət Qaraxanova Quba rayonu Perinatal Mərkəzinin tibbi heyətinə Səhiyyə nazirinin keçən ilin dekabrında imzaladığı “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası barədə” əmri ilə əlaqədar məlumatları çatdırıb.
Bundan başqa, uşaq poliklinikasında çalışan tibb işçiləri ilə görüş keçirilib və onlara uşaq sağlamlığı ilə əlaqədar yeni yanaşmalar, uşaq hüquqları və digər aktual məsələlər barədə məlumatlar verilib.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova