Valyuta.com

ATU ilə Dokuz Eylül Universiteti arasında memorandum imzalanıb

ATU ilə Dokuz Eylül Universiteti arasında memorandum imzalanıb

Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. Görüş ATU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlığın əsasını qoymaq, birgə fəaliyyətə dair anlaşma memorandumu imzalamaq məqsədi daşıyıb.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, istənilən ali məktəb üçün beynəlxalq əlaqələrin inkişafı mühüm yer tutur: "Biz də dünyamiqyaslı universitetlərlə əlaqə qurulmasını, birgə elmi iş və tədqiqatlar aparılmasını, məqalələr yazılmasını arzulayırıq. ATU tələbələri və rezidentlərinin Türkiyədəki, Avropadakı həmkarları ilə qarşılıqlı araşdırma aparması üçün bütün imkanlarımız var. Bu imkanları genişləndirmək üçün Türkiyə universitetləri ilə münasibətləri sıxlaşdırmaq niyyətindəyik”.
Professor G.Gəraybəyli Tibb Universitetinin Türkiyənin bir çox ali məktəbləri ilə əməkdaşlıq etdiyini, tələbələrin rotasiya qaydasında qardaş ölkədə təhsil aldığını, bilik və bacarıqlarını artırdığını qeyd edib. Rektor universitetin klinikalarında keçirilən konqres və konfranslarda Türkiyədən gələn professorların, mütəxəssislərin də iştirak etdiyini diqqətə çatdırıb.
G.Gəraybəyli həmçinin qonaqlara Azərbaycanda səhiyyənin və təhsilin inkişafı istiqamətində atılan son addımlar, ölkə başçısının imzaladığı fərman və sərəncamlar haqqında məlumat verib, onları ATU-da aparılan islahatlarla tanış edib.
Dokuz Eylül Universitetinin rektoru, professor Nükhet Hotar da qarşılıqlı əlaqələrin dərinləşməsinin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi universitetin böyüklüyünə görə Türkiyədə ilk beşliyə daxil olduğunu qeyd edib: “Fakültələrimiz arasında Tibb fakültəsi çox inkişaf edib. Universitet nəzdində 1100 çarpayılıq klinikamız fəaliyyət göstərir. Bakıda 5 universitet rəhbərliyi ilə görüşlər keçirmişik. Niyyətimiz mövcud əlaqələri daha da genişləndirməkdir. İnanırıq ki, bu saziş sayəsində istəyimizə nail olacağıq”.
Görüşün sonunda Azərbaycan Tibb Universiteti və Türkiyənin Dokuz Eylül Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Tərəflər qarşılıqlı elmi işlər, araşdırma və tədqiqatlar, birgə tədbirlər keçirilməsinə dair razılığa gəliblər.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova