Valyuta.com

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir

Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir


Dünya üzrə ictimaiyyətin diqqətini qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) xəstələrinin və insanın immun çatışmazlığı virusu (İİV) infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin bu infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə hər il may ayının üçüncü bazar günü QİÇS-dən vəfat edənlər xatırlanır. İİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məramı ilə həmin gün mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirləri təşkil edilir.


İİV üzrə müalicə və profilaktika tədbirləri davam etdirilir



Dünyada aparılan çoxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, İİV infeksiyası hələ də yayılmaqdadır. Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri arasında yayılıb. 2019-cu ilin birinci rübü ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 12,8 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 1987-ci ildən cari ilin aprelinə qədər olan dövr ərzində isə bu rəqəm 43 faizə bərabər olub. Görülən tədbirlər sayəsində İİV infeksiyasının yayılması məhdud təmərküzləşmiş mərhələdə saxlanılıb. Bu barədə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda bildirilir.
Diqqətə çatdırılır ki, 2019-cu ilin 3 ayı ərzində 172 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 167-si (97,1 %) Azərbaycan vətəndaşı, 5-i (2,9 %) isə əcnəbilərdir. Qeydiyyata alınmış 167 yerli sakindən 114-ü (68,3 %) kişi, 53-ü (31,7 %) qadındır. Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 51 İİV-li xəstə QİÇS mərhələsinə keçib, 16 nəfər İİV infeksiyasından vəfat edib.
Bu ilin I rübü ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 22 nəfər (13,2 %) parenteral, 118 nəfər (70,7 %) heteroseksual, 8 nəfər (4,8 %) homoseksual kontakt nəticəsində, 1 nəfər (0,6 %) şaquli yolla yoluxub, 19 nəfərin (11,4 %) yoluxma yolu müəyyənləşdirilməkdədir.
2006-cı il noyabrın 8-dən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5181 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 201 nəfərin müalicəsi 2019-cu ilin ilk 3 ayı ərzində başlanılıb.
2019-cu ilin I rübü ərzində mərkəz bir sıra beynəlxalq hesabatların tərtibi üzrə öz fəaliyyətini davam edib. Belə ki, bu dövrdə BMT-yə təqdim olunan GAM hesabatı və SPECTRUM proqramı üzrə hesabatların tərtibi yekunlaşıb və əlaqədar təşkilatlara göndərilib.

Avropa İİV-ə testləşmə həftəsi yaz kampaniyası



Respublika QİÇS-lə Mübarizə Mərkəzi Avropa İİV-ə testləşmə həftəsi yaz kampaniyası çərçivəsində İİV testləşmə aksiyası keçirir.
Mərkəzdən verilən məlumata görə, bu kampaniya “HIV in Europe”, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının (BMT) İİV/QİÇS üzrə Birləşmiş Proqramı və digər beynəlxalq təşkilatların birgə təşəbbüsüdür. Həftə çərçivəsində ÜST-nin Avropa regionu üzrə bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları keçirilir. ÜST-nin hesablamalarına görə, Avropa regionunda bu virusa yoluxanların təqribən üçdə biri yoluxduğunu bilmir. Strateji planda Avropa İİV-ə testləşmə həftəsinin məqsədi erkən diaqnostika və müalicəyə başlama sayəsində xəstəliyin yayılmasının qarşısını almaq və İİV infeksiyası epidemiyasına son qoymaqdır.
Testləşmə kampaniyasının keçirilməsi təşəbbüsü 2013-cü ildə yaranıb və elə həmin ildən Azərbaycan panavropa kampaniyasına qoşulub. Hər il bu aksiyalarda İİV/QİÇS-lə mübarizə üzrə 700-dən çox milli dövlət və qeyri-hökumət təşkilatı iştirak edir. 2018-ci ildən etibarən kampaniya ildə iki dəfə – mayda QİÇS Qurbanlarının Dünya Xatirə Günündə və noyabrda – QİÇS-lə Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssisi Ceyhun Nəcəfov bildirib ki, aksiya çərçivəsində Bakı, Sumqayıt və ölkənin digər şəhərlərindəki ali məktəblərdə, avtovağzallarda, ticarət mərkəzlərində ödənişsiz və könüllü şəkildə İİV-ə testləşmə aparılıb: “Testləşmə həftəsi ərzində Bakı Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində, paytaxtın iri ticarət-əyləncə mərkəzlərində, Bakı Beynəlxalq Avtovağzalında və digər obyektlərdə İİV-ə könüllü və pulsuz testləşmə üçün məntəqələr yaradılıb. Bakının, Gəncənin, Tovuzun və digər rayonların müxtəlif obyektlərində də testləşmə və məsləhət aksiyaları keçirilib. Tədbirlərdə yüzlərlə vətəndaş könüllü müayinədən keçib. Həmçinin İİV barədə materiallar, broşürlər, bukletlər, plakatlar paylanıb”.шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova