Valyuta.com

Milli Oftalmologiya Mərkəzinin 10 illiyi qeyd edildi

Milli Oftalmologiya Mərkəzinin 10 illiyi qeyd edildi

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 10 illiyinə həsr edilmiş “Oftalmologiyanın bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə təşkil olunan tədbirdə mərkəzin direktoru, professor Elmar Qasımov çıxış edərək, bu günün bütün oftalmoloqlar üçün əlamətdar olduğunu deyib, 10 il ərzində mərkəzin əldə etdiyi uğurlardan danışıb: "2009-cu il 22 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olub. 10 illiyini qeyd edən Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən edir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldir. Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər".
E.Qasımov fəaliyyət göstərdiyi 10 il ərzində Mərkəzdə 90 224 nəfər stasionar pasiyentin müalicə olunduğunu, 82 468 cərrahiyyə əməliyyatının aparıldığını diqqətə çatdırıb. O, Masallıda və Gəncədə Mərkəzin regional şöbələrinin fəaliyyət göstərdiyini qeyd edib: “Ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir. Rayonların əhalisinə oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika da təşkil edilib. Bu klinika paytaxtda, bir çox rayon və şəhərlərdə aksiyalar keçirir. Bununla yanaşı, 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası da fəaliyyətə başlayıb. Bu klinikalarda 22 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxını üzərində cərrahiyyə əməliyyatı aparılıb”.
Natiq yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının da fəaliyyətə başlayacağını deyib. Azərbaycanda yüksək ixtisaslı gənc oftalmoloqların hazırlandığını və oftalmologiya elminin sürətlə inkişaf etdiyini söyləyən E.Qasımov bu sahənin inkişafında akademik Zərifə Əliyevanın rolunu xüsusi vurğulayıb.
Sonra mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, müxtəlif mövzularda məruzələr dinlənilib.
Oftalmologiya sahəsində əldə olunan son yenilikləri və nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etmək və öz sahələrində mütəxəssis olan oftalmoloqların təcrübələrindən yararlanmaq məqsədilə keçirilən konfransda yerli mütəxəssislərlə yanaşı, xarici oftalmoloqlar da iştirak ediblər.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova