Valyuta.com

ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb

ATU ilə Ege Universiteti arasında müqavilə imzalanıb

Türkiyənin Ege Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetində (ATU) olublar.
Ege Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Canan Fisun Abay, Tibb fakültəsinin dekan müavini, professor Rüchan Sertöz ATU-nun kafedraları, klinikaları, eləcə də Anatomiya muzeyi ilə tanış olublar.
C.F.Abay burada tibb sahəsi üzrə yüksək səviyyəli təhsil almaq üçün hər cür şəraitin olduğunu, klinikaların müasir, Avropa standartlarına uyğun avadanlıqlarla təchiz edildiyini bildirib.
Daha sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlarla görüşüb. Rektor iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib, bildirib ki, Ege Universitetinin nümayəndələri ilə əvvəllər də tələbə mübadiləsi, ikili diplomların tanınması və digər məsələlər müzakirə olunub, müqavilələr imzalanıb.
Görüşdə həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın tərkib hissəsi kimi, beynəlxalq ikili diplomlar məsələsi müzakirə olunub. Qeyd edilib ki, universitetlər arasında əməkdaşlıq illərdir davam edir. ATU-nun rezidentləri Ege Universitetinin bir çox klinikalarında rotasiyalarda olublar. Lakin ikitərəfli razılıq daha geniş əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlıq Azərbaycanın Təhsil Nazirliyi tərəfindən də dəstəklənir. Həyata keçirilən proqram əsasında bütün xərclər dövlət tərəfindən ödəniləcək.
Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi ilə bir sıra mövzular ətrafında müzakirələr aparılıb.
Görüşün sonunda ATU ilə Ege Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova