Valyuta.com

Peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümdən xilas edir

Peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümdən xilas edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisi və Səhiyyə Nazirliyi xəstəliklərin qarşısını almaqda və həyatları xilas etməkdə immunlaşdırmanı əhəmiyyətli vasitə kimi təşviq etmək məqsədi daşıyan Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı mətbuat konfransı və dəyirmi masa keçiriblər.
Toplantıda Səhiyyə və Ədliyyə nazirliklərinin, ÜST-nin Azərbaycan ofisinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM), K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Analitik Ekspertiza Mərkəzinin, Dövlət İcbari Tibbi Sığorta Agentliyinin, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Səhiyyə Proqramları üzrə Ölkə Əlaqələndirmə Komissiyasının, habelə BMT-nin müvafiq agentliklərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, uşaqların həyatı üçün ömürlük investisiya olan peyvəndlər hər il dünyada milyonlarla uşağı ciddi xəstəliklərdən və ölümdən xilas edir. Onların sayəsində Avropa regionunda qızılca, məxmərək, göy öskürək və digər bu kimi xəstəliklər azalıb: “Pnevmokok bakteriyası, insan papilloma virusu, hepatit B virusunun daha ağır fəsadlarının qarşısını almaq üçün peyvənd olunanların sayında artım müşahidə olunur. Orta hesabla Avropa regionunun 90 faizi peyvəndlə əhatə olunub. 2017-ci ildə həmişəkindən daha çox uşaq qızılcaya qarşı iki doza peyvənd edilib. Peyvəndlə qarşısı alınan xəstəliklərdə azalma müşahidə edilsə də, hələ də bir çox insan onun qoruyucu faydalarından yararlana bilmir. İmmunlaşdırma ilə bağlı boşluqları doldurmaq və heç kimin kənarda qalmaması üçün daha çox birgə səy göstərmək lazımdır. 2018-ci ildə Avropa regionunda 82 min insan qızılcaya yoluxub və 72 nəfər bu xəstəlikdən dünyasını dəyişib. İmmunlaşdırmada boşluqlar yoluxucu, peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasına zəmin yaradır. Avropa Peyvəndləşdirmə Tədbirlər Planının (2015-2020) hədəfi Avropa regionunu peyvəndlə qarşısı alınan xəstəliklərdən xilas etmək, yüksək keyfiyyətli, təhlükəsiz və münasib qiymətli peyvəndə əlçatanlığı təmin etməkdir”. Hande Harmancı vurğulayıb ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təmin etdiyi bütün peyvəndlər keyfiyyətlidir.
RGEM-in direktor müavini, Səhiyyə Nazirliyinin İmmunlaşdırma Proqramının əlaqələndiricisi Afaq Əliyeva bildirib ki, Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə İmmunlaşdırma həftəsi keçirilməsi haqqında əmr imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün şəhər və rayonlarında tibb müəssisələrinin və Səhiyyə Nazirliyinin idarələrinin rəhbərlərinə aprelin 24-dən 30-dək İmmunlaşdırma həftəsinin təşkil edilməsi barədə tapşırıqlar verilib. Həmin həftə dövründə Milli Peyvənd Təqvimi əsasında Azərbaycanın bütün tibb müəssisələrində təmizləyici immunlaşdırma tədbirlərinin görülməsi, hər hansı səbəbdən vaksinləşdirmə kursunu tam qəbul etməmiş və ya ümumiyyətlə peyvənd edilməmiş uşaqların vaksinləşdirilməsi planlaşdırılıb.
Afaq Əliyeva son illərdə ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı və səmərəli tədbirlərdən danışıb. Bildirib ki, bunun nəticəsində Azərbaycanda davamlı epidemioloji sabitlik təmin edilib, idarə olunan yoluxucu xəstəliklərin azalmasında sabit dinamika var. ÜST Azərbaycana polimelitdən azad region kimi sertifikat verib.
ÜST-nin Azərbaycan ofisinin əməkdaşı Cəvahir Süleymanova qeyd edib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi cəhətdən səmərəli tədbirlərdəndir. O, “İmmunlaşdırma həftəsi”nin məqsədləri barədə danışıb.
Dəyirmi masada mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova