Valyuta.com

“Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarə olunması” mövzusunda konfrans keçirilib

“Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarə olunması” mövzusunda konfrans keçirilib

Qarşıdan “on bir ayın sultanı” adlandırılan Ramazan ayı gəlir. Xroniki xəstəlikləri olmasına baxmayaraq, bu müqəddəs ayda oruc tutan şəxslərdə xəstəliklərin kəskinləşməsi hallarının baş verdiyini nəzərə alaraq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “Ramazan ayında xroniki qeyri-infeksion xəstəliklərin idarə olunması” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Orucluq zamanı ehtiyacı olanlara profilaktik yardım etməyin yollarını göstərmək məqsədilə praktik həkimlər üçün təşkil olunan konfransı giriş sözü ilə ADHTİ-nin rektoru, professor Nazim Qasımov açıb. O, İslam qaydalarına əsasən, yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmağın vacib buyurulduğunu, bu baxımdan, oruc tutanların sağlamlığının qorunması üçün onlarda rast gəlinən xroniki qeyri-infeksion xəstəliklərin idarə edilməsinin çox aktual məsələ olduğunu diqqətə çatdırıb.
Sonra konfrans öz işini məruzələrlə davam etdirib. Terapiya kafedrasının müdiri professor V.Mirzəzadə Ramazan ayında şəkərli diabetin, professor İ.Mustafayev ürək-damar xəstəliklərinin, professor N.Fərəcova ağciyərlərin qeyri-infeksion xəstəliklərinin, dosent S.Mehdiyev ürək çatışmazlığının, dosent G.Babayeva həzm sistemi xəstəliklərinin və assistent A.Hüseynova bəzi endokrin xəstəliklərin idarə olunması mövzularında çıxış ediblər.
Məruzələr ölkənin müxtəlif bölgələrindən gələn terapevtlər, kardioloqlar, endokrinoloqlar, qastroenteroloqlar və iştirak edən digər mütəxəssislər tərəfindən maraqla dinlənilib.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova