Valyuta.com

“Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar

“Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) beynəlxalq ekspertlərin iştirakı ilə “Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar təşkil olunub.
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin və Statistika İdarəsinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Elmi-Tibbi Kitabxananın və İSİM-in nümayəndələrinin iştirak etdiyi seminarda İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək, Azərbaycanda elektron səhiyyə sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açaraq deyib: “Müasir dövrdə elektron səhiyyə tibbi-sanitar xidmətin ən dinamik inkişaf edən istiqamətidir. Bu gün ölkəmizdə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində elektron xidmətlərin genişləndirilməsi uğurla həyata keçirilir”.
Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə tibbi məlumatların elektronlaşdırılması istiqamətində yeniliklərin əhəmiyyətini vurğulayıb: “Ölkəmizdə innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması nəzərdə tutulur. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” proqramı çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə elektron səhiyyə məlumatlarını, elektron resepti, elektron tibbi uçotun aparılmasını, mərkəzi rəqəmsal qeydiyyat sisteminin yaradılmasını və digər komponentləri birləşdirəcək”.
Estoniyada elektron səhiyyənin standartlaşdırılması ilə məşğul olan ekspertlər – professor Piter Ross və Valentin Skibçik təcrübələrini bölüşüblər və hazırda Estoniyada istifadə olunan elektron səhiyyə modeli ilə iştirakçıları ətraflı tanış ediblər.
Səmərəli fikir mübadiləsi şəraitində keçən seminarda müxtəlif ölkələrdə tətbiq olunan elektron səhiyyə standartları geniş təhlil olunub.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova