Valyuta.com

III Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu

III Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu

Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) dəstəyi ilə III Almaniya – Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu təşkil edilib.
MOM-nin baş direktoru, akademik Cəmil Əliyevin və Almaniyanın Aaxen Universitet klinikasının Eksperimental invaziv neyroradiologiya bölməsinin rəhbəri, professor Anastasios Mpotsarisin həmsədrliyi ilə keçən toplantınin əsas mövzusu onkoloji xəstəliklərin müasir diaqnostikası, şüa və neyroradioloji müalicə metodları və ən yeni müalicə texnologiyaları olub. Azərbaycanın dinamik inkişaf etməkdə olan səhiyyə sisteminə sanballı töhfə vermək, milli radiologiyanın gələcək inkişafı barədə beynəlxalq elmi ictimaiyyəti məlumatlandırmaq və bu sahədə aparıcı ölkələrin təcrübəsini bölüşmək məqsədi daşıyan simpoziumda Almaniya modeli nümunəsində müasir serebrovaskulyar xəstəliklər mərkəzinin təşkili məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən MOM baş direktorunun birinci müavini, professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin uğurları barədə məlumat verərək deyib ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində bu mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunub. Ə.Əliyev ölkəmizdə onkoloji xidmətin inkişafı baxımından Almaniya ilə elmi və praktiki əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqarb beynəlxalq simpoziumun təşkilatçılarına təşəkkürünü bildirib, ölkələrimiz arasında, xüsusən təbabət sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, son 8 ildə 400-dən çox azərbaycanlı tələbənin, o cümlədən 50 radioloqun təhsillərini Almaniyada davam etdirdiklərini söyləyib. Bu simpoziumu iki dövlət arasında fəal və uğurlu əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün yaxşı platforma adlandıran səfir qeyd edib ki, Almaniya səhiyyə və tibbi turizm sahəsində Azərbaycanla təcrübə mübadiləsini bundan sonra da davam etdirmək niyyətindədir.
Simpoziumun həmsədri professor Anastasios Mpotsaris Azərbaycana üçüncü dəfə gəldiyini vurğulayaraq, qonaqpərvərliyə görə təşəkkür edib. O əmin olduğunu bildirib ki, budəfəki simpozium ölkələrimizin tibb mütəxəssisləri arasında əməkdaşlığı və təcrübə mübadiləsini daha da genişləndirməyə imkan verəcək.
Konfransın elmi hissəsi tematik sessiyalar şəklində davam edib. Professor Anastasios Mpotsaris, Gettingen Universitet Klinikasının Neyroradiologiya şöbəsinin müdiri Folker Maus, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayev, Heydelberq Universitetinin professoru Kristof Zommer, digər tanınmış almaniyalı mütəxəssislər məruzələrlə çıxış ediblər. Sonra Azərbaycan mütəxəssisləri Anar Kazımov, Fuad Novruzov, Rasim Babayev və başqaları onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində ən yeni elmi-praktiki biliklər barədə məlumat veriblər.
Bu simpoziumun əlamətdar cəhəti ondan ibarətdir ki, Almaniyada təsis edilmiş Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin üzvlərinin və təsisçilərinin ilk yığıncağı Bakıda keçirilib. Cəmiyyətin prezidenti həmvətənimiz, Köln Universitetinin həkim-radioloqu, tibb elmləri doktoru Nuran Abdullayevdir.
Beynəlxalq simpozium çərçivəsində beyin damarlarının anevrizminin müalicəsi üzrə praktik təlim də təşkil olunub.
Treninqdə əvvəlcə A.Mpotsaris, F.Maus, N.Abdullayev, K.Zommer, həmçinin “Zəfəran hospital” klinikasının invaziv radioloqu Ruslan Əliyev, Respublika Müalicə Diaqnostika Mərkəzinin radioloqu Ağakişi Yəhyayev məruzələrlə çıxış ediblər.
Sonra A.Mpotsaris, F.Maus və N.Abdullayev beyin damarlarının anevrizminin müalicəsinin Azərbaycanda indiyə qədər tətbiq edilməmiş metodlarının praktikada istifadə olunmasına dair workshop-təlim təqdim ediblər.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova