Valyuta.com

Elmi-Tibbi Şuranın iclasında innovativ inkişaf üzrə görülən işlər müzakirə edilib

Elmi-Tibbi Şuranın iclasında innovativ inkişaf üzrə görülən işlər müzakirə edilib

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə innovativ inkişafın dəstəklənməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsilin tətbiqi, etika komitəsinin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. məsələlər daxil edilib.
Toplantıda səhiyyə nazirinin müavini Rahim Əliyevin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyevin və nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidovun gündəliyə daxil edilən mövzular barədə çıxışları dinlənilib.
İclasda innovativ inkişafın dəstəklənməsi sahəsində görülən işlər, tibb müəssisələrinin akkreditasiyası Elmi-Tibbi Şura tərəfindən müsbət qiymətləndirilib. Qərara alınıb ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönəldilsin.шаблоны для dle 11.2





Mart 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova